Tarix : 2009 Jan 04
Kod 9694

HƏBS OLUNMUŞ JURNALİST RAMİN BAYRAMOVUN AÇIQLAMASI

Dünənki etiraz aksiyasında həbs edilənlərdən bir qismi azad edilib
Azərbaycan servisi/Aran Agentliyi

Bizim Azərbaycan qəzetinin xüsusi müxbiri və İslam-Azeri internet qəzetinin baş redaktoru Ramin Bayramov isə dünən 7 saat saxlandıqdan sonra azad edilib. Onun söylədiyinə görə saxlanılanlar dünya standartlarına heç uyğun olmayan şəraitdə saxlanılırdı.

Ramin Bayramov dünənki saxlanması haqda: "Polislərin bildirdiyinə görə bu yer artıq bir neçə aydan sonra yararsız olduğundan başqa yerə köçürüləcək. Saxlanılan otağın qapısı yox idi pəncərəsinin şüşələri isə sınıq idi. Polislər düzdür namaz qılanlar üçün kağız parçaları verdilər ancaq şam namazında..

Zöhr namazı isə qarın üstündə qılındı.


"7 saat ərzində mən onu bildim ki, hələ də Azərbaycan məmur özbaşnalığı virusundan azad olmayıb. Çünki jurnalistliyimi təsdiq edən sənədi təqdim etməyimə baxmayaraq mülkü geyimdə olan şəxs:"Bunu da aparın və orda araşdırın"-deyərək polislərə göstəriş verdi. Araşdırma isə 7-ci saatda oldu. Saxlanma məntəqəsinin rəsmilrəindən biri:"Mən səni azad edəcəydim. Mlükü formalılar, başa düşdün də....."-sözlərini deyərək üzrxahlıq etdi.

"Həmin anlarda insan haqları müdafiəçisi vəzifəsini çox gözəl yerinə yetirən, Hacı İlqar İbrahimoğlu da bizə hər tərəfli(mənəvi-hüquqi) dəstəyi oldu. Bunun üçün Hacıya öz təşəkkürümü bildirirəm".

Bu gün isə digər saxlanılanların məhkəməsi keçiriləcək.

  • Yazılıb
  • da (də) 2009 Jan 04