Azərbaycan Dağ Yəhudiləri Gənclər Klubu olaraq İsrailin Qazzada törətdiyi vəhşilikləri pisləyir və Fələstinin dinc əhalisiylə həmrəyliyimizi bildiririk
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan Dağ Yəhudiləri Gənclər Klubu olaraq İsrailin Qazzada törətdiyi vəhşilikləri pisləyir və Fələstinin dinc əhalisiylə həmrəyliyimizi bildiririk.
Biz – Azrbaycanda yaşayan Dağ yəhudiləri – cuhurlar tarixən müsəlman Azerbaycan xalqıyla mehriban münasibətlərdə yaşamışıq və həmişə İslam dinini və müsəlmanlara hörmətlə yanaşmışıq. Hamı bilir ki Bakıda, Qubada, Göyçayda və başqa yerlərdə yaşayan Dağ yəhudiləri müsəlmanların qeyd ettiyi Məhərrəmlik aylarında hörmət əlaməti olaraq 2 ay hər cür şənliklər, toy-bayram keçirmirik. Nə qədər cudur Azerbaycanın müstəqillik və ərazi bütövlüyü yolunda canından keçib və Azerbaycanın Milli Qəhramanı, bizim hamımızın fəxrimiz Albert Aqarunov müsəlman torpaqları uğrunda vuruşub şəhid olub. O özünü müsəlmanlardan ayrı bilməyib.
Biz Dağ yəhudiləri sülh sevərik və əli minlərlə günahsız müsəlman qardaşlarımızın qanına batmış İsrailin təcavüzlərinə nifrətlə yanaşırıq. Biz yəhudi xalqının adından danışan və dünyada biz yəhudiləri biabır edən bu qaniçən rejimin siyasətini ilk növbədə yəhudilik üçün təhlükə hesab edirik. Onlar öz sionist-faşist siyasətiylə dünyada yəhudiliyi və yəhudilərin adına ləkə salırlar!
Dünyanın hər yerində o cümlədən İsrailin özündə, Amerikada, Avropada vicdanlı yəhudilər İsrailin və onu idarə edən sionistləri lənətləyir. Müharibəyə qarşı aksiyalar keçirir. Əsl yəhudilər adam öldürməyi böyük günah sayır, numaza – sinaqoqada ibadətə gedib, sülh üçün dualar oxuyurlar. Təkcə İsraildən maddi asılılığı olan yəhudi qurumları bu rejimi tərifliyən söz danışmağa məcburdur ancag əlbəttə qəlbən onlar da bunu səmimi etmirlər.
Bugün biz Yəhudi gənclər Qazzada öldürülən günahsızlara ürək yanğısıyla baxır və İsraildən tezliklə bu biabırçılığa son qoymağı tələb edirik! Azerbaycan xalqınnan da xaiş edirik iki anlayış arasında fərq qoysun: İsrail və yəhudilik iki ayrı anlayışlardır və gerçəkdə onlar arasında heç bir əlaqə yoxdur! Bugün biz yəhudilərə əziz olan Şənbə günüdür. Yəhudilər üçün bu gün müqəddəsdir. Ancag bugün də İsrail təyyarələri Qazzada bombalar attı, günahsız adamlar öldürdü. Bunu görən hər kəs üçün isə qaniçən İsrail ilə yəhudilik arasında heç bir əlaqə olmaması aydındır.
Sionizmin əlində əsir olub əli qana batmış İsrailə ar olsun!