Tarix : 2009 Jan 04
Kod 9698

İSTAMBULDA İSRAİL KONSULLUĞU MÜHASİRƏ ALTINA ALINIB

Sionist işğal güclərinin Qəzzaya istiqamətli bir quru hücumu başlatması üzərinə İstanbuldan minlərlə müsəlman İstanbuldakı İsrail konsulluğunu mühasirəyə alıblar
Türkiyə servisi/Aran Agentliyi
Sionist işğal güclərinin Qəzzaya istiqamətli bir quru hücumu başlatması üzərinə İstanbuldan minlərlə müsəlman İstanbuldakı İsrail konsulluğunu mühasirəyə alıblar.

İslam-Azeri-nin Türkiyə KİV-lərinə istinadlı xəbərinə görə dünən gecə əllərində İslami müqavimət liderləri və şəhidlərinin şəkilləri ilə, Fələstin və Hizbullah bayraqlarıyla sionist rejim konsulluğuna axın edən qadınlı kişi minlərlə müsəlman Leventdə olan İsrail konsulluğunu təxminən 5 saat boyunca mühasirə altında saxlayıb.

Təşkil edilən aksiyanın məqsədini açıqlayan Nurəddin Şirin, "Biz bura dəfələrlə sionist rejimin qırğınlarını etiraz etmək üçün bura gəlmişdik. Ancaq bu gün bura etiraz deyil, burada olan sionist İsrail rejimi konsulluğunu mühasirəyə almaq üçündür. Sionist rejimin Qəzzaya istiqamətli davam etdirdiyi embarqo və mühasirə qarşısında bizlər də burada Türkiyəli və İstanbullu müsəlmanlar adına sionist rejim konsulluğunu mühasirə altına alırıq və səhərə qədər mühasirə etməmiz sürəcək." deyib.

Səhərə kimi mühasirə davam etdiyi və gecəni "Məhv olsun İsrail", "Məhv olsun Sionist" şüarları müşayət edib.
  • Yazılıb
  • da (də) 2009 Jan 04