Tarix : 2009 Jan 05
Kod 9710

Azərbaycan R-da həbslər davam edir

Azərbaycan Respublikasının dövlət məmurları bu gün səhər İslam partiyasının Gəncədəki fəalı Hacı Yusifi Bakıda İsrailin cinayətlərinə etiraz etməsinə görə həbs ediblər
Azərbaycan servisi/Aran Agentliyi

Azərbaycan R-da İsrailin Qəzzədə soyqırımı törətməsinə etiraz edənlərin həbsi davam edir. Azərbaycan Respublikasının dövlət məmurları bu gün səhər İslam partiyasının Gəncədəki fəalı Hacı Yusifi Bakıda İsrailin cinayətlərinə etiraz etməsinə görə həbs ediblər. 
Hökumət Quba rayonunda da bu səbəbdən 2 dindarı zindana salıb.
Azərbaycan Respublikasının digər rayonlarında da həmin səbəbdən etirazçıların bir neçəsi həbs olunub.
İslam-Azəri saytının Gəncə müxbirinin məlumatına əsasən, "Haray" jurnalının məsul katibi Anar Soltanov və daha 2 nəfər dindar-Kərbəlayı İlham və Hacı Mahir Gəncədə həbs edilib.
Bu saytın müxbirinə verilən məlumata görə, onların hər birinə heç bir hüquq səbəb göstərilmədən 3 sutka həbs cəzası verilib.
Habelə Bakıda insan haqları müdafiəçilərinin səylərinə rəğmən yanvarın 2-də Sionist rejimin Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirdiyinə görə, həbs olunmuş şəxslər hələ də zindandadırlar.
Müşahidəçilər rəsmi Bakının bu hərəkətini onun Sionist rejimin Qəzzədəki cinayətlərini aşkar şəkildə himayə etməsi kimi dəyərləndirirlər.

  • Yazılıb
  • da (də) 2009 Jan 05