Tarix : 2009 Jan 05
Kod 9711

NARDARANDA İSRAİLİN QƏZZA CİNAYƏTLƏRİ ƏLEYHİNƏ MÖHTƏŞƏM MİTİNQ

Nardaran kəndində mindən çox adamın iştirak etdiyi aksiyada ABŞ prezidenti Corc Buşun və İsrailin Baş naziri Ehud Olmertin müqəvvaları yandırılıb
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan paytaxtının Nardaran qəsəbəsində bu gün İsrail ordusunun Qəzzə Zolağında apardığı hərbi əməliyyatlara etiraz olaraq, mitinq keçirilib.

TrendNews-un məlumatına görə, Nardaran kəndində mindən çox adamın iştirak etdiyi aksiyada ABŞ prezidenti Corc Buşun və İsrailin Baş naziri Ehud Olmertin müqəvvaları yandırılıb.

Qəzzə Zolağında dinc əhali arasında da çoxsaylı insan itkisinin olduğunu xatırladan mitinq iştirakşıları hərbi əməliyyatların dərhal dayandırılmasını tələb ediblər.

2008 - ci il dekabrın 27 - dən İsrail ordusunun Qəzzə Zolağında başlayan hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 510 - u keçib. İsrail rəsmiləri hərbi əməliyyatların HƏMAS təşkilatına qarşı apardıqlarını bəyan ediblər və bildiriblər ki, hərbi əməliyyatlar dayandırılmayacaq.
 
  • Yazılıb
  • da (də) 2009 Jan 05