İraqın baş naziri Nuri əl-Malikini qəbul edən İslam İnqilabı Rəhbəri Ayətullah Xamenei, işğalçı ABŞ-ın İraqda olduğu müddətdə İraq xalqının əsla rahatlıq əldə edə bilməyəcəyini vurğulayıb
İİR servisi/Aran Agentliyi
İranın İslam İnqilabı Rəhbərinin Mətbuat Bürosundan edilən şərhdə, Ayətullah Xamenei, İraqın baş naziri Nuri əl- Malikini qəbulunda etdiyi şərhdə İran dövləti və millətinin İraq Baş naziri və hökumətinə güvəndiyini və İraqın izzət, istiqlal, dinclik və inkişafını istədiyini və bu yolda hər cür köməyə hazır olduğunu qeyd edib.
İraqda başda terror hadisələri və iç ixtilaflar olmaqla hər cür problemin əsas qaynağının ABŞ və İngilis işğalçılar olduğunu ifadə edən Ayətullah Xamenei, işğalçılar İraqda olduqları müddətdə İraq millətinin əsla dincliyə qovuşa bilməyəcəyini vurğulayıb.
Ayetullah Xamanei ayrıca Amerika ilə İraq arasında imzalanan sözdə təhlükəsizlik razılaşmasına toxunaraq, Amerikalıların sözlərinə bağlı qalmadıqlarını, belə ki hətta bölgədəki ən yaxın müttəfiqləri ilə belə həqiqi dost olmadıqlarını və buna görə onların heç bir sözünə güvənməmək lazım olduğunu xatırladıb.
Görüşdə İraq Baş naziri Maliki də İslam İnqilabı Rəhbəri Ayətullah Xamanei ilə görüşünün İraq milləti üçün xeyr və bərəkət qaynağı olduğunu ifadə edərək, iki ölkənin qardaşlıq əlaqələrinin hər gün daha da inkişaf etdiyini və bu əlaqələrin bölgə ölkələri üçün nümunə ola biləcəyini vurğulayıb.