Tarix : 2009 Jan 06
Kod 9713

BAKI BAŞ POLİSİNDƏN XƏBƏRDARLIQ

Aşura günü qanunsuz aksiya və yürüşlərin keçirilməsinə yol verilməyəcək
Azərbaycan servisi/Aran Agentliyi
“Aşura günü qanunsuz aksiya və yürüşlərin keçirilməsinə yol verilməyəcək”. Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov ANS PRESS-ə bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan kütləvi aksiya və yürüşlərin qarşısı qanunvericiliyə uyğun olaraq alınacaq. Onun sözlərinə görə, Aşura günü məscidlərə gələn vətəndaşların təhlükəsizliyinin nümunəvi şəkildə qorunması və ictimai asayişin etibarlı mühafizəsi üçün polis gücləndirilmiş iş rejimində işləyəcək. Bu məqsədlə əhalinin toplaşdığı yerlərdə, əsasən məscidlərin ətrafında polis naryadları artırılacaq.

Aşura günü hər hansı aksiya və təziyyə mərasimləri məscidlərdə və məscidin həyətlərində hər il olduğu kimi Qafqaz Müsəlmanları Ruhani İdarəsinin verdiyi fətvada əksini tapmış tövsiyələrə uyğun olaraq həyata keçiriləcək. Bunu ANS PRESS-ə açıqlamasında Qafqaz Müsəlmanları Ruhani İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib. O qeyd edib ki, küçələrdə hər hansı dini yürüş və aksiya keçirmək üçün müvafiq icra hakimiyyəti sturukturları ilə razılaşdırılmalıdır.
  • Yazılıb
  • da (də) 2009 Jan 06