Aşura günü ilə bağlı Bakı və Gəncədə əməliyyatlar keçirilib, xeyli sayda inanclı adamlara həbs cəzası kəsilib
Azərbaycan servisi/Aran Agentliyi
Aşura günü ilə bağlı İslam Partiyasının çoxsaylı fəalları həbs edilib. Həbslər əsasən Bakı və Gəncə şəhərlərində aparılıb. Bu barədə məlumatı saxlanılan islamçıların yaxınları verib.
Məlumatda bildirilir ki, həbs edilən gəncləri polis gecə evlərindən aparıb və məhkəmə qərarı ilə onlar barəsində 3 sutka həbs cəzası kəsilib.
Gəncədə həbs edilən İlham Ələkbərlinin yaxınlarından birinin sözlərinə görə, dindarların həbsinə səbəb Aşura günü İsrail əleyhinə şüarların səsləndirmək istəyi olub. «İlhamı gecə saatlarında evdən birbaşa məhkəməyə aparıblar. Polislər bizə söylədi ki, göstəriş Bakıdan verilib».
Bakıda həbs edilən Hacı Mahir barəsində də 3 sutka həbs cəzası kəsilib. Onu da yaxınları bildirib ki, Hacı Mahirlə bərabər İslam Partiyasının daha bir neçə fəalı tutlub.
Əldə etdiyimiz məlumatda o da bildirilir ki, Aşura günü Gəncədəki imzadədə gənclərin bir yerə yığışmaşına qadağa qoyulacaq. Aşuraya gələnlər ancaq imzadəni ziyarət edib oranı tərk etməlidirlər.