İsrail səfirliyi qarşısında bir dindar kimi etiraz aksiyasında iştirak etdiyinə görə Sumqayıt Şəhər Polisinin ona qarşı iddiası əsasında məkhəmə 5 gün müddətində azadlıqdan məhrum edib
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan Birlik Təşkilatı İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin sədri Eldəniz Əmir oğlu Piriyev 5 gün müddətinə azadlıqdan məhrum edilib.
Onun həbsinə səbəb isə yanvar ayının 1-i və 2-i İsrail səfirliyi qarşısında Qəzza cinayətlərinə etiraz olaraq keçirilən aksiyalarda bir dindar kimi iştirak etməsi olub.
Beləki, aksiyadan bir neçə gün sonra Sumqayıt şəhər polis idarəsi tərəfindən iki gün ardıcıl çağıtdırılıb izahat istəyəndən sonra, üçüncü gün polis idarəsindən bir başa məhkəməyə aparılıb və orada da hakim tərəfindən 5 günlük azadlıqdan məhrum etmə cəzası alıb.
Qeyd edək ki, İsrail səfirliyi qarşısında Qəzzada baş verən cinayətlərə görə keçirilən etiraz aksiyaları dinc xaraterli olmuş və Eldəniz Piriyev də öz etirazını sivil şəkildə bildirmək üçün bir inanc əhli kimi aksiyaya qatılmışdır.
Artıq, iki gündür ki, Eldəniz Piriyev həbsdədir və Sumqayıt Şəhər Polis İdarəsinin təcridxanasında saxlanılır.