Nardaran qəsəbəsində Məhərrəmlik ayının 10-cu günü münasibəti ilə keçirilən Aşura mərasimi keçirilib
Azərbaycan servisi/Aran Agentliyi
Nardaran qəsəbəsində Məhərrəmlik ayının 10-cu günü münasibəti ilə keçirilən Aşura mərasimi keçirilib.
APA-nın Nardaranda olan əməkdaşının xəbərinə görə, mərasimdə Nardaran Axundu Hacı Muxtar Rza çıxış edib. Axund Ermənistanın Azərbaycan torpaqlarına təcavüzündən, minlərlə vətəndaşımızın şəhid olmasından danışaraq deyib ki, Qarabağ və İrəvanın azad olunması Qüdsdən keçir: “Zaman gələcək milyonlarla insan, müsəlman zalımların üstünə gedib, Quranın buyurduğu bir quruluşu quracaq, bütün müsəlman torpaqları zalımların işğalından azad olunacaq”.
Mərasimdə çıxış edən digər şəxslər də dünya müsəlmanlarını birliyə çağırıblar.
Saat 12.00-da mərasim iştirakçıları qətlin sınması ilə bağlı zəncir vurublar. Qətl sınandan sonra ABŞ və İsrailin dövlət bayraqları yandırılıb. Bu proses mərasim iştirakçılarının “Allahu-Əkbər” şüarı ilə müşayiət olunub, İsrail bayraqları ayaqlar altına atılıb.
Aşura mitinqində bəyan olunub ki, yanvarın 9-da Nardaranın İmam Hüseyn meydanında Fələstin müsəlmanlarına dəstək mitinqi keçiriləcək.