Tarix : 2009 Jan 08
Kod 9748

MOSKVADA AŞURA GÜNÜ İSRAİLƏ ETİRAZLAR OLUB

Came məscidinin həyəti və içərisinə isə minlərlə müsəlman toplanmış, Qəzzaya maddi yardım məqsədilə pul yığılmışdır
Rusiya servisi/Aran Agentliyi
Moskvada da Aşura günü möhtəşəm yürüş və əza məclisləri təşkil edilmişdir.

İslam-Azeri-yə verilən məlumata görə Moskvanın mərkəzi prospektlərindən Came məscidinə kimi 100-ə yaxın dindar yürüş etmiş, İsrailin Qəzzada törətdiyi terrora etiraz əlaməti olaraq İsrail əleyhinə şüarlar səsləndirmişdir.

Came məscidinin həyəti və içərisinə isə minlərlə müsəlman toplanmış, Qəzzaya maddi yardım məqsədilə pul yığılmışdır.

Onlarla gənc Qəzzaya könüllü getmək istəklərini elan etmişlər.
  • Yazılıb
  • da (də) 2009 Jan 08