Sionist naziri Tszipi Livni Qəzzada hərbi əməliyyat başladıqdan sonra Türkiyəyə səfər etmək istəsə də, rəsmi Ankara buna razılıq verməyib
Türkiyə servisi/Aran Agentliyi
Sionist naziri Tszipi Livni Qəzzada hərbi əməliyyat başladıqdan sonra Türkiyəyə səfər etmək istəsə də, rəsmi Ankara buna razılıq verməyib.
Bunu İsraildə nəşr olunan “Haaretz” qəzeti yazıb. Qəzetin xəbərinə əsasən Türkiyə sionist tərəfinin təklifinə cavab olaraq bildirib ki, T. Livni atəşkəs məsələsinin müzakirəsinə razıdırsa gələ bilər, əks təqdirdə, bu səfərə ehtiyac yoxdur.
“Haaretz” Qəzzada hərbi əməliyyatların başlamasından sonra Rəcəb Tayyib Ərdoğanla Ehud Olmert arasındakı yaxın münasibətlərin pozulduğunu da qeyd edib: “Sionist israilin Qəzzaya hücumu Türkiyə ilə münasibətlərin pozulmasına səbəb olub”.