Yuvaları Qoruma adlı şagird qrupu, günahsız və müdafiəsiz vətəndaşların hədəf alınmasını etiraz üçün İsrailə aid əhəmiyyətli 50 internet saytına daxil olma maneəsi törədib
İİR servisi/Aran Agentliyi
İranlı bir qrup şagird, Qəzza Şəridindəki İsrail hücumlarına etiraz üçün bu ölkəyə aid 50 internet saytını yararsız hala qoyub.
İslam-Azerinin İRİNN-ə istinadlı xəbərinə görə,
"Yuvaları Qoruma" adlı şagird qrupu, günahsız və müdafiəsiz vətəndaşların hədəf alınmasını etiraz üçün İsrailə aid əhəmiyyətli 50 internet saytına daxil olma maneəsi törədib.
Daxil olma maneəsi törədilən saytlardan birinin İsrail gizli xidməti MOSSAD-a, digərlərinin də "sionizm üçün fəaliyyət göstərən böyük şirkətlərə aid olduğu" qeyd edilib. Bu saytların çoxunda banklarla alış-veriş işləri görülürdü. Saytın fəaliyyətinin dayanması ilə birgə sayt sahibləri külli miqdarda pul itsininə düşar olublar.
Şagird qrupunun daha əvvəllər də Amerika Havaçılıq və Kosmos Təşkilatının (NASA) internet saytı ilə Danimarkaya aid 500 internet saytına daxilolma maneəsi törətdiyi ifadə edilib.