Məlum olduğu kimi sionist İsrail rejimi artıq 10 gündən çoxdur ki, Qəzzada yüzlərlə dinc əhalini qətlə yetirməkdə davam edir
Azərbaycan servisi/Aran Agentliyi
Bununla əlaqədar bütün dünyada olduğu kimi, Azərbaycanda də inanclı insanlar sionist İsrail rejiminə qarşı öz etirazlarını bildirmişlər. "Olaylar" İA-nın verdiyi məlumata görə, yaranmış vəziyyətlə bağlı olaraq sionist rejiminin Bakıdakı səfirliyi müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
Məsələni şərh edən, DEVAMM sədri Hacı İlqar İbrahimoğlu bildirmişdir: "Bütün dünya Qəzzada baş verən faşizm cinayətlərinə öz etirazlarını bildirir. Vətənimizin insanları da dekabrın sonlarından başlayaraq bu cinayətlərə qarşı öz mövqelərini sərgiləmişlər. Sionist rejiminin müvəqqəti də olsa qapadılmasını Azərbaycan insanının böyük uğuru sayıram. Əslində bu gün müasir faşizmi yaşadan bu cinayətkar rejimin nümayəndəliyinin Azərbaycanda olmaqlığının özü bir absurddur. İşğala məruz qalmış Vətənimiz bu məsələlərdə davamlı prinsipial mövqe sərgiləməlidir".
Xatırladaq ki, 2006-cı ildə də israil rejiminin Livana hərbi təcavüzünə qarşı Azərbaycanda keçirilən etiraz aksiyalarının nəticəsində də İsrail rejiminin Bakıdakı səfirliyi qapanmışdı.