Tarix : 2009 Jan 09
Kod 9755

İslam İnqilabının Böyük Rəhbərinin bəyanatı

İsrail ilə Amerikanın Qəzzədəki faciəli cinayətlərdə əsl məqsədi müqaviməti məhv etmək və son dərəcə mühüm olan Yaxın Şərq məntəqəsinə yiyələnməkdir
İİR servisi/Aran Agentliyi

İslam İnqilabının Böyük Rəhbəri sionistlər tərəfindən Qəzzənin məzlum əhalisi, qadınlar və uşaqların qırğın olunmasını misli az görünən bir faciə adlandırıb. Həzrət Ayətullah-əl-üzma Xamenei bu gün səhər Qum əhalisinin minlərlə nəfərlik qrupu ilə görüşdə vurğulayıblar: İsrail ilə Amerikanın Qəzzədəki faciəli cinayətlərdə əsl məqsədi müqaviməti məhv etmək və son dərəcə mühüm olan Yaxın Şərq məntəqəsinə yiyələnməkdir. Lakin Allah-taalanın köməkliyi ilə və "Fələstinli döyüşçülərin fədakarcasına müdafiəsi və qətiyyətli əzmkarlığı" həmçinin "xalqların oyaqlığı və səhnədə iştirakı" sayəsində bu hadisələr sonda, mütləq haqqın haqsızlıq üzərində qələbəsi ilə nəticələnəcək.
O Həzrət Seyyiduş-şühəda və onun vəfalı köməkçilərinin əzadarlıq günləri ilə bağlı başsağlığı verərək, islam ümmətinin tarix boyu sayıq olmasını Aşuranın unudulmaz qəhrəmanlığının böyük dərsi adlandırıblar.
İslam İnqilabının Böyük Rəhbəri böyük şeytan olan Amerika ilə qəsbkar İsrailin 33 günlük Livan müharibəsindəki məqsədlərinə, yəni müti və təslim olan bir Yaxın Şərqin yaradılması məqsədinə işarə edərək xatırladıblar: Bu qarışıq yuxu çin olmadı və Livanın mömin gənclərinin fədakarlıqları və sayıqlığı Amerika, İsrail və onları himayə edib, onların ardınca gedənlərin ağızlarına möhkəm yumruq vurdu.
Həzrət Ayətullah-əl-üzma Xamenei bəzi məntəqə ölkələrinin Qəzzədəki cari cinayətlər qarşısındakı etinasızlıqlarının nəticələri haqda xəbərdarlıq edərək vurğulayıblar: Əgər islam düşmənləri bu mərhələdə müvəffəq olarlarsa, mütləq Yaxın Şərqdən əl çəkməyəcəklər və fələstinlilərə yardımdan çəkinən həmin məntəqə ətrafındakı islami ölkələr özlərinin bugünkü təhlükəli səhvlərinin nəticələrini dərk etməlidirlər.
Həzrət Ayətullah-əl-üzma Xamenei xalqların ayıqlığı və onların səhnədə iştiraklarını Fələstin müqavimətinin güclənməsi üçün mühüm amil adlandırıblar.
Həzrət Ayətullah-əl-üzma Xamenei Qəzzə faciəsini insan haqları müdafiəçiləri iddiasında olanları rüsvay edən bir məsələ adlandırıblar.
O Həzrət artırıblar: Qəzzədəki günahsız uşaqlar və məzlum qadınlar hər gün xəzan yarpağı kimi yerə tökülürlər. Lakin BMT və digər insan haqları iddiasında olan təşkilatlar və qərb dövlətlərindən heç bir səs çıxmır və bu acınacaqlı reallıq insan haqlarını müdafiə iddiasında olan dövlətlər və təşkilatlarının yalançılıq və riyakarlıqlarını göstərir.

  • Yazılıb
  • da (də) 2009 Jan 09