Bu hücumlar müdafiəsiz və məzlum fələstinlı qadın və uşaqları qətlə yetirmək, vəhşilik və soyqırım mənasındadır
İİR servisi/Aran Agentliyi
Tehranın bu həftəki cümə namazının xitabətçisi Ayət. Seyyid Əhməd Xatəmi Qəzzədə Sionist rejimin törətdiyi cinayətləri bu rejimin başçıları üçün qara ləkə adlandırıb. Qəddar İsrail rejiminin Qəzzəyə hücumlarını narahat edici qiymətləndirən Ayət. Xatəmi sonra deyib: Bu hücumlar müdafiəsiz və məzlum fələstinlı qadın və uşaqları qətlə yetirmək, vəhşilik və soyqırım mənasındadır.
"Qəzzədə Sionist rejimin törətdiyi cinayətlərdə əsas günahkar tərəf Amerikadır" - deyən Ayət. Xatəminin sözlərinə görə, əgrə dünyada ədalət hökm sürsə idi onda, Sionist rejimin başçıları ağır cəzalara məhkum olunmalı idilər.
Tehranın bu həftəki cümə namazının xitabətçisi çıxışının digər hissəsində Misir xaşqının təşkil etdiyi etiraz aksiyalarına öz təşəkkürünü bildirərək bu islami ölkənin başçılarına belə bir tövsiyə edib. "Öz müqəddəratınızı Sionist rejim ilə birləşdirməyin. Qəzzə sakinlərinə kömək etmək uğrunda addım atın və Rəfəh keçidini açmağa cəhd göstərin."
Ayət. Xatəmi Böyük İnqilab Rəhbəri Həzrət Ayətullah-əl-üzma Xameneinin məzlum Fələstin xalqının himayəsinin zəruriliyi ilə bağlı müraciətlərinə işarə edərək deyib: Böyük İnqilab Rəhbərinin bu müraciəti dünyada, Aşura xarakterli bir dirçəlişə zəmin yaradıb. Belə ki hökumətləri Sionist rejimi himayə edən ölkələrin xalqları Qəzzə əhalisinin məzlumluğuna dəstək verməyi əsas tutaraq etiraz aksiyaları keçirdilər.
Tehranını cümə namazı xitabətçisi BMT və bəzi beynəlxalq təşkilatların Sionist rejimin Qəzzə ilə bağlı sükut etmələrinin tənqid edərək deyib: Dünyada sülh və təhlükəsizliyin qorunması məsuliyyəti üzərinə düşən BMT-nin Təhlükəsizlik Şurası xas ölkələrin mənafeyinə xidmət edir.