Demokratiyadan dəm duran Amerika cinayətkar İsrailə dəstək verir. Azərbaycanın hər yerində İsrailə nifrət var
Azərbaycan servisi/Aran Agentliyi
Nardaranda bu gün İsrailə etiraz Qəzzaya dəstək məqsədilə mitinq keçirib.
İslam-Azeri-nin xüsusi müxbirinin Nardaran qəsəbəsindən verdiyi məlumata görə mitinqdə təxminən 1000-ə yaxın etirazçı iştirak edib. Mitinq İmam Huseyn meydanında keçirilib.
Tədbir azan sədası ilə başlayıb, daha sonra mərsiyə və ilahi surudlar oxunub.
Mitinqdə: “Biz Qəzza ilə həmdərdik!”, “Amerika və İsrailə ölüm!”, “ABŞ dünya müsəlmanlarına qənim kəsilib!” şüarları səsləndirilib. Mitinqdə çıxış edən Nardaran sakini Hacı Əli Hüseynov Qəzzada baş verənləri “əsrin faciəsi” adlandırıb: “Demokratiyadan dəm duran Amerika cinayətkar İsrailə dəstək verir. Azərbaycanın hər yerində İsrailə nifrət var”.
Mitinqdə Hacı Əli Hüseynov, Hacı Hikmət, Hacı Hacı ağa Nuri, Hacı Fəyyaz, Hacı Həmid, Məşədi Mehman və digərləri çıxış edib.
Nardaranlı xanımlardan da çıxış edənlər olub. Onlar Qəzzada baş verənləri ürək ağrıdıcı dərd kimi saydıqlarını və hətta Qəzzaya könülli gedib döyüşə hazır olduqlarını da bəyan ediblər.
Mitinqdə İsrailə, Amerikaya və onlara işləyənlərə lənətlər deyilib.
İsrail, ABŞ-nin bayraqları və Buş-Olmertin müqəvvası yandırılıb.
Sonda İslami Həmrəylik və Vəhdət surudu və İmam Zaman (ə)-ın duası oxunub.