Tarix : 2009 Jan 10
Kod 9795

Paşazadə nəhayət Qəzzə tragediyasına münasibət bildirdi

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Az. R-da dindar əhalinin izdihamlı aksiyalarından sonra öz mövqeyini bəyan edib
Azərbaycan servisi/Aran Agentliyi
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Az. R-da dindar əhalinin izdihamlı aksiyalarından sonra öz mövqeyini bəyan edib.
Bakı medialarının yaydığı məlumata əsasən Paşazadə Bakıda keçirdiyi mətbuat konfransında bildirib ki , İslam Konfransı Təşkilatına məktub ünvanlamağa hazırlaşır .
 Onun sözlərinə görə məktubda İKT-nin növbədənkənar iclas təşkil etməsi təklif olunacaq.
 O deyib: Biz qabaqcadan Qəzzə tragediyası ilə bağlı öz etirazlarımızı yaydığımız bəyanatla ifadə etmişik , sözü gedən bəyanatda İsrail kəskin şəkildə günahkar tərəf adlandırılır və ondan müharibəni dayandırması tələb olunur , bütün məsələlər sülh yolu ilə öz həlini tapmalıdır.
 Paşazadə keçirdiyi mətbuat konfransının digər hissəsində Nardaran sakinlərinin Qafqaz Müsəlmanları İdarəsini passiv mövqe tutmaqda ittihamlandırmasına da münasibət bildirib.
O deyib : İrəli sürülən bu ittihamlar mənasızdır . Onlar bilməlidirlər ki , mən bu məsələyə münasibət bildirmişəm və sözlərim mətbuatda işıqlandırılıb.  Paşazadənin sözlərinə görə, Fələstin hadisələri dini deyil , siyasi xarakterə malikdir . Özünü demokratiyanın ocağı bilən ABŞ-ın İsraili himayə etməsi başa düşülmür.
  Allahşükür Paşazadə Qəzzə hadisələri ilə bağlı öz şəxsi qənaətini açıqlayaraq deyib: Görünür Qəzzə hadisələrinin cəhəti daha çox İİR-yə yönəlib.
 Paşazadə bunun öz şəxsi nöqteyi-nəzəri olduğu üzərində xüsusi təkid edib.
 Onun sözlərinə görə, bəzi dövlətlər belə düşünürlər ki , Sionist rejimin Qəzzəyə hücumundan sonra İİR özünün siyasi tarazlığını itirəcək və onlar bu səhvin üzərində dayanaraq İrana qarşı hərtərəfli hücuma zəmin yarada biləcəklər .
 Qafqaz Müsəlmanları İdarəsinin sədri Qəzzə hadisələrilə bağlı öz şəxsi fikirlərinə gətirdiyi sübutların davamında İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah əl-Üzma Xameneinin Fələstin məsələsilə bağlı dünya müsəlmanlarına xitabən etdiyi müraciətlərinə işarə edərək deyib ki , hal-hazırda Qərb bu çağırışdan öz hədəflərinə nail olmaq üçün istifadə etməyə çalışır .

  Paşazadə sonra deyib: Əgər sabah Fələstin məsələsi barədə İİR-nı çıxmaq şərtilə hər hansı bir ölkə bu haqda addım atarsa, Qərbin ona laqeyd yanaşması mümkündür. İran bu haqa müəyyən bir addım atarsa, onda Qərb mütləq İrana qarşı kəskin mövqe tutacaq. Xatırladaq ki , Nardaran qəsəbəsinin sakinləri son bir neçə gündə dəfələrlə Allahşükür Paşazadəyə müraciət edərək onun anti-Sionist etiraz aksiyalarına qoşulmasını tələb etmişdilər .

  • Yazılıb
  • da (də) 2009 Jan 10