Tarix : 2009 Jan 10
Kod 9796

İranda yeni inkişaf planı icra üçün prezidentə təqdim olunub

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah əl-Üzma Xamenei ölkənin 5-ci inkişaf planının siyasətlərini açıqlayıblar
İİR servisi/Aran Agentliyi
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah əl-Üzma Xamenei ölkənin 5-ci inkişaf planının siyasətlərini açıqlayıblar .
Böyük İnqilab Rəhbəri şənbə günü İİR-nin prezidenti Mahmdu Əhmədinejada ünvanladığı bir məktuba ölkənin 5-ci inkişaf planının ümumi siyasətlərini elan edərək 20 illik perspektiv sənədinə uyğun ölkənin 5 illik proqramın hazırlanması prosesinin sürətləndirilməsi üzərində təkid ediblər .

  Böyük İnqilab Rəhbərinin prezidentə xitabən ünvanladığı məktubunda qeyd olunur ki , ölkənin 20 illik perspektiv sənədinin ikinci 5 illiyi ərəfəsində konstitusiyasının 44-cü maddəsinin ümumi siyasətləri kimi bəzi prinsipial siyasətlərin elanı bir tərəfdən və bəzi beynəlxalq hadisələr digər tərəfdən tələb edir ki, ölkənin 5 illik proqramı mərhələli hədəflərə yön almaqla 20 illik perspektiv sənədinə uyğun hazırlansın.  Hazırda İİR-nın 5 illik inkişaf planının işlənilməsi və hazırlanması əsasında olmalı olan 5-ci proqramın ümumi siyasətləri elan olunub .Belə gözlənilir ki , ədalət və inkişaf meyarları əsasında tənzimlənmiş bu siyasətlər ölkənin bütün fəaliyyətlərində istər qanunvericilik, istərsə də icra baxımından aşkar olacaqdır.
İslam İnqilabının Böyük Rəhəbir Həzrət Ayətullah əl-Üzma Xameneinin cənab Əhmədinejada ünvanladığı bu məktubu eyni zamanda İranın İslam Şurası Məclisinin sədrinə və İran Hökumətinin Məsləhətləri üzrə Qərar Şurasının sədrinə  də ünvanlanıb. Ölkənin 5-ci proqramının ümumi siyasətləri 45 bənddə və mədəni , elmi , texnoloji , sosial , iqtisadi , siyasi , müdafiə və təhlükəsizlik işlərinə şamildir.

  • Yazılıb
  • da (də) 2009 Jan 10