Məhərrəm tədbirləri ilə əlaqədar bir məclisdə Ayətullah Seyyid Əli Xamenei bu şeri demişdir
İİR servisi/Aran Agentliyi
Videolarda əksriyyətinizin baxdığı ay batdı, sübh açıldı şerini sizə təqdim edirik. Xatırladaq ki, şerə olan maraq onun azəri dilində dünya müsəlmanlarının rəhbəri Həzrət Ayətullah Seyyid Əli Xamaneinin dilindən məhərrəm ayı ilə əlaqədar qurulan məclisdə səslənməsi olub.
Ay batdı, sübh açıldı
Ay batdı, sübh açıldı, Zeynəb nəvayə gəldi,
Zəhra dedi-Hüseyn vay! Aləm sədayə gəldi.
Çün, yıxdılar atından Sultani-təşnə kami,
Dünyayə oldu elan Qutləl-Hüseyn pəyami,
Cənnatdən eşitdi Peyğəmbəri-Girami,
Nəleynsiz, əbasız Kərbübəlayə gəldi.
Peymanə amil odi, Cananə verdi canin,
Şövqi-şərafət ilən teyy etdi imtəhanin,
Şümri-dəğa tökəndə xaki-miyanə qanin,
Üz dutdi asimanə, həmdü sənayə gəldi.
Xuni-Xuda töküldi gudali-Kərbəlayə,
Yerlər təzəlzül etdi, rişə düşüb səmayə,
Kərrubiyani-lahut ağlaşdı bu bəlayə,
Yel əsdi, gün dutuldi, zülmət fəzayə gəldi.
Xuni-Hüseyn boğazdan cari olan zəmani,
Cibril apardı ərşə bir şişədə o qani,
Ol şişədən nümudar oldi bəla nişani,
Qovzandı buyi-matəm, əhli-səmayə gəldi.
Nuri-həq odi lame başsız qalan bədəndə,
Rəsi-Hüseyni-məzlum sərnizəyə gedəndə,
Badi-siyah əsəndə, yel zəlzələ edəndə,
Sındı nizami-dünya, həddi-fənayə gəldi.
Nəzdik idi yerindən çıxmun mədari-dünya,
Ali-Üməyyə etsün dəsturi-şəri mülğa,
Sərnizədə edəndə rəsi-Hüseyn təcəlla,
Dini-Muhəmməd üstə nurani-sayə gəldi.
Fərmani-qarət ilən telli aşub ərəblər,
Gördü o hayi-huyi ətfali-zari-müztər,
Qaçdıla xeyməgahə, yerdən ucaldı səslər,
Əmmə, amandu, ləşgər xeyməsərayə gəldi.
Səhranəvərd ərəblər xərgahi yandıranda,
Başi açıq hərəmlər oddan çıxub qaçanda,
Qalxub buxari-atəş, gizləndilər dumanda,
Tüsti ucaldı, qarə pərdə həvayə gəldi.
Bir xırda qız qaçırdı, tutmuş alov əbasın,
Mərdi-yəhudi dutdi, xamuş edüb libasın,
Gətdi ələ Hüseynün dilbəndinün rizasın,
Əhsən o şeyxə, müşgül vəqtə hərayə gəldi.
Gər etməsəydi Zeynəb nəsli-Hüseynə imdad,
Olmuşdu od içində suzan imami-Səccad,
Qıldi rəşadət ilən oddan imami azad,
Bir tazə zinəganluq Zeynəl-ibadə gəldi.
Zəhra gəzərdi gündüz ətrafi macəradə,
Ta Kufəyə Hüseynün getdi başı cidadə,
Nəşi-Hüseyni axşam başsız qoyub aradə,
Gün batcaqun o xatun mətbəxsərayə gəldi.
Hurani-baği-cənnat məhzun giriftə sima,
Həvva, Xədicə xatun, Məryəm, cənabi-Sara,
Aşüftə-mu, siyəhpuş, dillərdə - Va Hüseyn va,
Zəhrayə həmdəm olsun, bəzmi-əzayə gəldi.
Əlli üç il qapunda, var Yəhyəvi, Hüseyn can,
Nohə yazub, ğəmündə olmuş məriz o nalan,
Dəsti-mübarəkünlə dərdinə eylə dərman,
Ümmidi-səhhət eylə, babi-şəfayə gəldi.