Bundan sonra Təhlükəsizlik Şurasının birtərəfli və bəşəriyyətə zidd qərarları dünya xalqları üçün heç bir dəyərə malik deyil
İİR servisi/Aran Agentliyi
İİR prezidenti xalqların və ölkələrin hüquqlarının müdafiə edilməsi istiqamətində BMT-nin Təhlükəsizlik Şurasının quruluşunda əsaslı dəyişikliklərin aparılmasını zəruri adlandırıb.
İRNA-nın məlumatına görə, Mahmud Əhmədinejad prezident aparatı bəsiciləri arasında BMT-nin Sionist rejimin cinayətləri qarşısındakı rəftarını və Təhlükəsizlik Şurasının İsrailin Qəzzə sakinlərini qırğın etməsi qarşısında sükut etməsini kəskin şəkildə pisləyib və deyib: BMT-nin quruluşu və onun yerləşdiyi məkan dəyişdirilməlidir.
Əhmədinejad BMT Təhlükəsizlik Şurasını ABŞ-ın əlində bir vasitə adlandırıb və deyib: Bundan sonra Təhlükəsizlik Şurasının birtərəfli və bəşəriyyətə zidd qərarları dünya xalqları üçün heç bir dəyərə malik deyil.
İİR prezidenti sionistlərin Qəzzə zolağındakı son cinayətlərinə işarə edərək bu rejimin mahiyyətini təcavüzkarlıq və işğalçılıq adlandırıb və deyib: Bu rejim iki il bundan öncə heç bir səbəb olmadan Livana hücum etdi. Bu gün isə başqa bəhanələrlə Qəzzə zolağını hədəfə alıb. Sabah isə elə bu bəhanələrlə Misir, İordaniya, və digər məntəqə ölkələrinə hücum edəcəyi ehtimal olunur.
Əhmədinejad Sionist rejim və onu himayə edən ölkələrdən asılı şirkətlərin məhsullarının boykot edilməsini çox yaxşı bir hərəkət hesab edərək islam ölkələrindən istəyib ki, Sionist rejimin vəhşiliklərinin qarşısını almaq üçün özlərinin bütün siyasi və iqtisadi imkanlarından istifadə etsinlər.