Tarix : 2009 Jan 12
Kod 9839

İLQAR İBRAHİMOĞLU İTALİYA TELEVİZİYASINA MÜSAHİBƏ VERMİŞDİR

DEVAMM-ın sədri, İçərişəhər «Cümə» məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu İtaliyanın aparıcı «Rai» televiziyasına müsahibə vermişdir
Azərbaycan servisi/Aran Agentliyi
DEVAMM-ın sədri, İçərişəhər «Cümə» məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu İtaliyanın aparıcı «Rai» televiziyasına müsahibə vermişdir.

Teleşirkətin müxbiri Mauritsio Torrealta (Maurizio Torrealta) İlqar İbrahimoğlunun bir sıra mövzular ətrafında rəyini öyrənmişdir.

Müsahibədə toxunulan əsas mövzular əsasən ümumiyyətlə dünyada radikalizmin yaranmasına gətirib çıxardan səbəblər haqqında, Azərbaycan cəmiyyyətində radikallaşma meyllərinin mövcud olub-olmaması kimi sahələri əhatə edirdi. İtaliyalı müxbir, eləcə də, Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması prosesləri və demokratiyanın inkişafı haqqında da suallar vermişdir.

DEVAMM sədri müxbiri maraqlandıran suallara ətraflı cavab vermişdir. Müsahibə zamanı Qəzzada baş verən qətliam haqqında da danışılmışdır.

Qeyd etmək lazımdır ki, «Rai» teleşirkəti İtaliyanın aparıcı və böyük tamaşaçı auditoriyasına malik telekanallarından sayılır.
  • Yazılıb
  • da (də) 2009 Jan 12