İİR-nin xarici işlər naziri Mənuçehr Müttəki bəyan edib ki , hegemon qüdrətlərin sükutu və "xeyr-duası" olmasaydı,sionistlərin cinayəti bu qədər geniş vüsət almazdı
İİR servisi/Aran Agentliyi
İİR-nin xarici işlər naziri Mənuçehr Müttəki bəyan edib ki , hegemon qüdrətlərin sükutu və "xeyr-duası" olmasaydı,sionistlərin cinayəti bu qədər geniş vüsət almazdı.
Bazar ertəsi günü Tehranda EKO Təşkilatının Regional Proqramlşdırma Şurasının 19-cu iclasının başlanğıcında çıxış edən Müttəki təkidlə bildirib ki , əgər İslam dövlətləri bu soyqırımı ilə bağlı möhkəm müqavimət göstərsələr, işğalçı sionist rejim bu hərəkətləri mütləq təkrarlamaq iqtidarında olmayacaq.
O həmçinin belə bir təklif irəli sürüb ki , EKO təşkilatı Qəzzə əhalisinə humanitar yardımların çatdırılmasını iş gündəminə gətirsin .
Müttəki çıxışının digər bir hissəsində dünya səviyyəsində sənayeləşmiş ölkə xüsusilə də ABŞ və Avropanın nəticəsiz fəaliyyətlərindən sonra dünyada yaranmış maliyyə böhranına işarə edərək deyib : Bu durum iqtisadi inkişaf prosesində olan habelə keçid mərhələsini yaşayan ölkələri müəyyən problemlərlə üzləşdirib.
İqtisadi gərginliyin acı nəticələrini sadalayan Müttəki sonra da belə bir təklif irəli sürüb ki , EKO Təşkilatının bu Regional Proqramlaşdırma Şurası böhranın üzvə ölkələrə təsirlərini müəyyənləşdirməklə onlarla mübarizə aparmaq yollarını nəzərdə tutan proqramlar hazırlasın.
İİR-nin xarici işlər naziri ticarət , nəqliyyat və sair sahələrdə əməkdaşlıqların gücləndirilməsini vacib sayıbdır.
EKO coğrafiyası tarixi ortaqlıqlar , coğrafi şərait və zəngin təbii sərvətləri nəzərdə alaraq mühüm iqtisadi qütbə çevirə bilər.
Müttəki həmçinin ümidvar olduğunu bildirib ki, RPŞ-nin 19-cu iclası yeni təşəbbüslər və həqiqi layihələr irəli sürməklə regionda bütün xalqların rifahını artırmaqla beynəlxalq iqtisad və ticarət sahəsində özünün həqiqi yerini tapa biləcək.