Tarix : 2009 Jan 13
Kod 9871

Rəsmi Bakı Sionist rejimin cinayətlərini ittiham etmir

Azərbaycan Respublikası tərəfi sülh və əmin-amanlığın bərpası istiqamətində atılan addımları və müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləyir
Azərbaycan servisi/Aran Agentliyi

Rəsmi Bakı Yaxın Şərqdə yaranmış vəziyyətdən narahatdır. Lakin Sionist rejimin cinayətlərini pisləməkdən çəkinir!
Bu ANS Pressə açıqlama verən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Elxan Poluxovun sözlərindən məlum olub.
Onun sözlərinə görə Azərbaycan Respublikası hökuməti Qəzzə bölgəsində atəşin dayandırılmasına çağırır və hesab edir ki, humanitar problemlər həllini tapmalıdır.
Rəsmi Bakının təmsilçisi deyib: "Azərbaycan Respublikası tərəfi sülh və əmin-amanlığın bərpası istiqamətində atılan addımları və müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləyir".

  • Yazılıb
  • da (də) 2009 Jan 13