Tarix : 2009 Jan 13
Kod 9872

Az. R. mətbuatında Qəzzə barədə nələr var

Heç olmasa özümüzü bir fələstinlinin yerində təsəvvür etməyə çalışaq
Azərbaycan servisi/Aran Agentliyi
Dəyərlər qəzeti 24.10.1387
6 milyonluq işğal rejim olan qondarma İsrail rejimi müqəddəs müsəlman torpaqlarından nə istəyir?
Dəyərlər qəzeti yazır: Qəzzə zülmə, işğal istibdadına, sionist işğalına məruz qalan torpaqdır. Fələstinin, müqəddəs Qüdsün intifazəsi, qorunmasının qəlbi indi Qəzzədə atır və Sionist İsrail rejimini durduran yoxdur.
Birlik qəzeti  24.10.1387

Sionistlər Qəzzəyə əsl soyqırım yaşadır. Birlik qəzeti yazır: Yəhudilər heçdə sionistlərin iddia etdiyi kimi soyqırım görməyiblər. Əks halda onlar Qəzzədə soyqırım həyat keçirməzdilər. 19-cu günə daxil olan İsrailin Qəzzə soyqırımının qurbanlarının sayı 930-u aşmışdır.
Minlərlə insan ölümcül yaralı vəziyyətdədir. Özü də bütün bunlar dünyanın insan haqları şüarını bar-bar bağıran ABŞ, İngiltərə, Fransa, Almaniya, Danimarka, İtaliya kimi ölkələrin gözü qarşısında baş verir.
Müəllif qeyd edir ki, avqust ayında Rusiya Gürcüstan ərazisinə qoşun çəkəndə bütün dünya dövlətləri az qala Rusiyaya qarşı müharibəyə başlayacaqlar. Qətnamə qətnamə dalınca qəbul olunurdu. Ancaq həmin o dünyadır ki, Fələstində davam edən bu soyqırıma heç bir münasibət bildirmirlər. İşğalçı ABŞ isə BMT-nin Təhlükəsizlik Şurasında hər dəfə İsrailə qarşı qətnamə qəbul edilməsinə əngəl olur. Ancaq bütün bunlara baxmayaraq Qəzzə İsrailə məzar olacaq.
Zaman qəzeti 24.10.1387

Zaman qəzetinin bugünkü təhlili bu cümlələrlə başlanır: Heç olmasa özümüzü bir fələstinlinin yerində təsəvvür etməyə çalışaq. Fələstinli ata-analar sanki ölüm qabağı halallaşırmış kimi hər səhər öz övladları ilə öpüşüb-görüşür. Çünki hər an cəllad bombası onun ciyər parasını parça-parça edə bilər. Elə buna görə də fələstinli olmaq, fələstinli ana olmaq, ata olmaq çox çətindir. Bu vəhşətləri uzaqdan izləyən, tükü belə tərpənməyə Səudiyyə Ərəbistanı ilə eyni irq və dinə mənsub olmaq da fələstinli üçün bir başqa iztirab mövzusudur.
Yeni Müsavat 24.10.1387

Jurnalist Zahid Səfəroğlunun Yeni Müsavat qəzetində 21-ci əsrin faşizmi sərlövhəli məqaləsində oxuyuruq: BMT güc-bəla ilə nəhayət Qəzzənin işğalını dayandırmaq barədə qətnamə çıxardı. Lakin bu heçdə o demək deyil ki, bölgədə soyqırım siyasətinə o dəqiqə son veriləcək. Belə qətnamələrdən çox çıxarılıb.
Müəllifin fikrincə bu gün İsraildə pərvəriş tapan 21-ci əsr faşizminin durdurulmasında müsəlman ölkələri öz məsuliyyətlərini yerinə yetirməlidirlər. Bunu həm də regionun məzlum xalqlarının taleyinə görə tarixi məsuliyyət hissi tələb edir.
Müəllif Türkiyədə anti-İsrail ovqatının gücləndiyini qeyd edərək bildirir ki, son vaxtlar ismi-şərifi dünya medialarında tez-tez özü də haqlı olaraq mənfiyə hallanan İsrailin xarici işlər naziri Tsipi Livnini Türkiyəyə buraxmayıblar.
Qəzzədə hərbi cinayətlərin müəlliflərindən olan bu qadın diplomata rəsmi Ankaradan bildirilib ki, atəşkəs barədə danışmayacaqsa gəlməsin.
Yeni Müsavatın baş məlumatına görə Azərbaycan Respublikasında hakimiyyət insanların Qəzzə sektorunda baş verən faciəyə etiraz bildirməsinə imkan vermir.
Yeni Müsavat qəzeti yazır: Bu ölkədə İsrailin anti-bəşəri cinayətlərinə etirazını bildirmək istəyən vətəndaşlar döyülür. Beləliklə də Azərbaycan Respublikası dünyada bəlkə də yeganə müsəlman respublikadır ki, burada hakimiyyət fərqli mövqe tutub.
Zaman qəzeti 24.10.1387

Zaman qəzeti Azərbaycan Respublikasında bir qrup qeyri-hökumət təşkilatının "Sülh libaslı qadınlar" kompaniyasına start verməsindən xəbər verərək yazır:
Bu kompaniyaya görə beynəlxalq təşkilatlar o cümlədən də BMT-nin rəhbərliyinə müraciət ünvanlanıb. Müraciətdə deyilir: Biganə qalmayın! Yaşadığımız 21-ci əsrdə irqi, dini, milli mənsubiyyətindən asılı olmayaraq uşaq və qadınların həlak olmasına şahidlik edirik. Hazırda Yaxın Şərqdən Fələstində hərbi əməliyyatlar keçirilən yerlərdən gələn gündəlik xəbərləri dinləmək belə olmur. Biz hesab edirik ki, qarşıda duran heç bir məqsəd uşağın bir damla göz yaşına dəyməz. Övlad, valideyn itkisi, minlərlə alt-üst olmuş insan taleyi. Buna göz yumub, susmaq olarmı?
 
Yeni Müsavat qəzeti 23.10.1387

Müqəddəs məhərrəmlik ayı başlar-başlamaz İsrail Qəzzə zolağını bombaladı. Nə oyundur bilinmir, neçə illərdir müsəlmanların müqəddəs ayları günləri, bayramları yaxınlaşanda İslam dünyasına həqarət edirlər. Müəllif Sionist rejimin Qəzzədə dinc əhaliyə qarşı hücumlarında yüzlərlə günahsız insanın o cümlədən çoxlu sayda uşaq və qadının öldürüldüyünü xatırladaraq yazır : Əlbəttə kimsə deyə bilməz ki , İsrail bu addımı öz başına atır . Əgər belə olsaydı , demokratiyanın beşiyi , daha nə bilim nəyi sayılan ABŞ məsələyə dərhal müdaxilə edərdi. Heç BMT-nin digər beynəlxalq təşkilatları da səsi bir o qədər zilə qalxmır .Qəzet həmin münasibətin açıq-aşkar şəkildə regionda fəlakət yaratmaq istəyi anlamında olduğunu bildirərək yazır : Guya terrorçu axtarışı adı ilə yüzlərlə dinc insanı məhv etməyin özü elə terrorçuluqdur bunun başqa adı yoxdur. Müəllif yazır : Bəzən İsrailin bu hərəkətlərinə işğalçılıq deyilir , amma bu çox yumşaq özüdür , bu sırf terrorçuluqdur .
Nəbz qəzeti 23.10.1387

Nəbz qəzeti yazır: Fələstinə göylər ağlar, yerlər ağlar. Qəzzədə görünməmiş qanlı qətliam qəlbləri dağlayır . Təcavüzkar İsrail rejimi durmadan dinc insanları məhv edir . Məzlum Fələstin xalqının başı üzərində pərvaz edən bombalar minlərlə insanın həyatına son qoyur . Ən dəhşətli səhnə isə dillə ifadə ediləsi mümkün olmayan qəzzəli uşaqlardır. Faciəvi şəkildə məhv edilməsidir . Bir çox ölkələr , o cümlədən Azərbaycan ictimaiyyəti işğalçı İsrailin qəddar , faşist hərəkətlərini pisləyir , amansız müharibənin dayandırılmasını tələb edirlər . Qəzet azərbaycanlı ekspertlərin mövqelərinə istinadən qeyd edir ki, Həmas Təşkilatını bəhanə gətirib terrorizmlə mübarizə adı altında Qəzzədə etnik təmizləmə əməliyyatı həyata keçirilir . Yüzlərlə insanın öldürülməsi , onların arasında çoxlu saylı uşaqların , qadınların , ümumiyyətlə mülki şəxslərin olması dəhşətli faktordur . İnsanlığa qarşı zor tətbiq etmək qəbul edilməzdir . İsrail rejimi genosid siyasəti həyata keçirdiyi üçün beynəlxalq hüquq normaları çərçivəsində bu rejimi cəzalandırmaq lazımıdır .

  • Yazılıb
  • da (də) 2009 Jan 13