Tarix : 2009 Jan 13
Kod 9873

H.AYƏTULLAH XAMENEİ İSRAİL MALLARI HAQQINDA FƏTVA VERİB

İran İslam İnqilabı rəhbəri, müsəlmanlarım mərcei təqlid müctehidlərindən və Vəliyyi Fəqih rütbəsinin sahibi Ayətullahül Üzma Seyyid Əli Xamenei sionist malları ilə bağlı fətvasını verib
İİR servisi/Aran Agentliyi

Ayətullah Xamenei İsrail və sionist malları ilə bağlı fətva verib.

İslam-Azeri-nin Fars Nyusa istinadlı xəbərinə görə İran İslam İnqilabı rəhbəri, müsəlmanlarım mərcei təqlid müctehidlərindən və Vəliyyi Fəqih rütbəsinin sahibi Ayətullahül Üzma Seyyid Əli Xamenei sionist malları ilə bağlı fətvasını verib.

Bu barədə sualllara cavab verən Ayətullah Xamenei: "İsrail əmtəələrini (ölkəyə) gətirib yaymaq caizdirmi? Bu işlər məcburiyyət üzündən də baş vеrmiş olsa, onların satılması caizdirmi?-sualına
"İslamın və müsəlmanların düşməni olan qəsbkar İsrail dövlətinin xеyrinə olan müamilələrdən uzaq olmaq lazımdır, onların hazırlanıb satılmasından qazanc götürdükləri əmtəələrin ölkəyə gətirilib yayılması hеç kimə caiz dеyil. Еləcə də müsəlmanlar üçün o əmtəələri almaq, islam və müsəlmanlara yеtirdiyi zərərlər və fəsadlara görə caiz dеyi"-cavabını verib.

Ayətullah Xamenei Tacirlərin vasitəsilə İsrail əmtəələrini gətirib İsrailin iqtisadi blokadasını ləğv еdən ölkələrdə yaymaq caizdirmi?-sualına isə:
"Bütün şəxslərin alçaq İsrail dövlətinin hazırlayıb satmaqla mənfəət götürdüyü əmtəələrin ölkəyə gətirilib yayılmasından çəkinmələri vacibdir"-cavabını verib.

İslai İnqilab rəhbəri, ABŞ, kanada, Fransa və İngiltərə kimi ölkələrə aid məhsulların istifadəsilə bağlı suala , "İslam və Müsəlmanların düşməni, müstəmləkəçi və zalım ölkələrin məhsullarından istifadə etmək onların güclənməsinə, İslam ölkələrinə və Müsəlmanlara hücum etmələrinə köməkçi olacaqsa Müsəlmanların bu məhsulları istifadə etməkdən çəkinmələri vacibdir. Hansı məhsul və ölkə olduğu heç fərq etməz" cavabını verib.

İsrailə səyahətlər təşkil edən səyahet bürolarının fəaliyyət göstərilməsinin caiz olmadığını ifadə edən Ayətullah Xamenei, düşmən İsrailə embarqonu deşəcək mənanı verəcək fikirlərin olması Müsəlmanlar üçün caiz deyil fətvasını verib.

Əgər İsrail əmtəələri islam ölkələrinə gətirilsə, tacirlərin onların bir miqdarını alıb camaata satmaları, yaxud onları yaymaları caizdirmi?-sualına isə:
"Bu iş malik olduğu fəsada görə, onlar üçün caiz dеyil"-cavabını verən İslam İnqilabı rəhbəri bəzi malların adı dəyişilərək satılmasına da münasibət bildirərək bu malların da alınmasını caiz saymayıb.

Ayətullah Xamenei İslam ölkələrinin və Müsəlmanların zərərinə, düşmənlərin də faydasına olacaq hər cür əlaqə və əməkdaşlıqlardan da çəkinməyin vacibliyini bildirib

Ayətullah Məkarim Şirazi də bir suala cavab olaraq, "İsrail məhsullarının alışı, satışı, saxlanılması, istifadəsi və hədiyyə edilməsi haramdır" fətvasını vermişdi.

İran Nazirlər kabinetində də İsraildə sərmayə qoyan və ya sionist rejimə maliyyə köməkdə olan şirkətlər, İran tərəfindən cəzaya və embarqoya məruz qalacaq kimi qərar vermişdilər.

  • Yazılıb
  • da (də) 2009 Jan 13