Tarix : 2009 Jan 13
Kod 9874

MƏŞƏDİ NATİQ KƏRİMOV: AKSİYADA SƏSLƏNƏN BƏZİ EMOSİONAL FİKİRLƏR NARDARANIN MÖVQEYİ DEYİL

Yanvarın 9-da Nardaran qəsəbəsində Fələstinə dəstək aksiyası zamanı səslənən bəzi emosional fikirlər nə Nardaran sakinlərinin, nə də Nardaran ağsaqqallarının mövqeyi deyil
Azərbaycan servisi/Aran Agentliyi

Həzrəti Rəhimə adına Fondun rəhbəri Məşədi Natiq Kərimov bu sözləri Turana blidirib.

O qeyd edib ki, həm depuatat Sabir Rüstəmxanlı barəsində, həm də ordudan imtina barəsində səslənən fikirlər bir şəxsin fikridir və bu, 8 mindən yuxarı əhalisi olan nardaranlıların adına yazıla bilməz və yazılmamalıdır. "Aksiya başa çatdıqdan sonra qəsəbə ağsaqqalları, həmin şəxslə söhbət edərək irad və tənqidərini bildiriblər, onu danlayıblar və onun fikirlərini birmənalı olaraq pisləyiblər", - deyə N.Kərimov qeyd edib. O, Azərbaycanda dini fitva verməyə kiminsə hüququ olmadığını deyib.

N.Kərimov qəsəbədə keçirilən aksiyaların İsrailin Fələstinin Qəzzə bölgəsində başladığı hərbi əməliyyatın, dinc fələstinlilərin qətlinin əleyhinə olduğunu, əsas məqsədin bu qətliyamın durdurulmasını tələb etmək olduğunu vurğulayıb.

  • Yazılıb
  • da (də) 2009 Jan 13