Türkiyə servisi/Aran Agentliyi
Sionist rejimin Qəzzəyə qarşı soyqırımı əməliyyatına etiraz olaraq İsrailin İstanbuldakı konsulluq binasını 9 gündür ki, mühasirədə saxlayan minlərlə könüllü öz aksiyalarını yeni bir mərhələyə daxil edib.
Vəl-Fəcr internet saytının məlumatına görə Sionist rejim konsulluğunu mühasirə aksiyasına rəhbərlik edən "Qəzzə ilə müqavimətə ictimai dəstək" qrupu adından çıxış edən Nurəddin Şirin deyib: Biz artıq 9 gündür ki, Sionist rejim konsulluğunun binasını mühasirədə saxlayırıq.
Nurəddin Şirin artırıb: Qadın və kişilər, yaşı və gənclər ağ kəfənə bürünərək buraya gəliblər. Biz sionist düşmən qarşısında Qəzzənin müdafiə edilməsi uğrunda canımızdan keçməyə hazır olduğumuzu fəryad etmək, bunu dostlara və düşmənlərə bildirmək üçün buraya gəldik. Baxınız! Burada hamıdan öncə bacılarımız ağ kəfənə bürünüb, şəhadət andı içirlər. Bu bacılarımız Həzrət Süməyyə, Həzrət Zeynəb kimi müqavimət, fədakarlıq və şəhadət fəryadlarını var-gücləri ilə yüksəldirlər.
Nurəddin Şirin sonra deyib: İndi buradan qarşımızda duran sionist konsulluğundakı qatil terrorçulara səslənirik: Baxın! Biz buradayıq. Kişili, qadınlı. Hamımız Həmasın əsgəriyik.
Açıqlamanın davamında deyirlər: Bu işğalçıların son iki həftədə Qəzzədə törətdikləri soyqırımlarının cavabını vermə haqda Allaha söz verdik.
Bu istiqamətdə 9 gündür davam etdirdiyimiz mühasirə aksiyasının növbəti mərhələsində türkiyəli müsəlmanlar adından Sionist rejim konsulluğuna ultimatum verəcəyik. Biz öz mübarizəmizi bu sionistlərin ölkəmizdən rədd olub-gedəcəkləri zaman kimi davam etdirməkdə qərarlıyıq. Biz bu mübarizəni dayandırmayacağıq. Sionist rejim konsulluğunu mühasirə aksiyasını tam qətiyyətlə və on minlərin iştirakı ilə davam etdirəcəyik. Allahın izni ilə biz bu mübarizədə qalib gələcəyik.