Tarix : 2009 Jan 13
Kod 9876

İRAN KANOUTE-UN CƏRİMƏSİNİ ÖDƏMƏYƏ HAZIRDIR

İran Sevilla-Deportivo La Coruna matçında qol vurduqdan sonra formasının altındakı ''Fələstin'' yazılı köynəyi göstərən Kanoute-a verilən 3 min Avroluq cəzanı ödəməyə hazır olduğunu bildirdi
İİR servisi/Aran Agentliyi
 
İran Sevilla-Deportivo La Coruna matçında qol vurduqdan sonra formasının altındakı ''Fələstin'' yazılı köynəyi göstərən Kanoute-a verilən 3 min Avroluq cəzanı ödəməyə hazır olduğunu bildirdi
İran Sports qəzetinin xəbərinə görə Zub Ahan Klubu, İsrail hücumlarına etiraz və Fələstin xalqına dəstək üçün etdiyi mənalı hərəkətinə görə Kanoute-a verilən pul cəzasını ödəmək üçün futbolçunun cavabını gözlədiklərini bildirib.

Qeyd edək ki, İspaniya Futbol Federasiyası Rəqabət Komitəsi, ötən həftə keçirilən oyunda vurduğu qoldan sonra formasının altındakı ''Fələstin'' yazılı köynəyi göstərən Kanoute-a 3 min Avro pul cəzası vermişdi.
  • Yazılıb
  • da (də) 2009 Jan 13