Türkiyə servisi/Aran Agentliyi
İstambuldakı İsrail konsulluğuna ultimatom verilib.
İslam-Azeri-nin İsra Xəbərə istinadlı xəbərinə görə: İsrail konsulluğunu və təhlükəsizlik güclərinin nümayəndələrin İsrail konsulluğunun olduğu mərtəbəyə çıxmasına icazə verməməsinə görə, yazılı ultimatım blokun 1-ci mərtəbəsinə divara yapışdırıldı.
Türkiyəli müsəlmanlar adına sionist rejim konsulluğuna verilən ultimatomda "Törətdiyiniz qırğınlardan məsullarınızın cəzalandırılması üçün və bundan sonra da bu qırğınların dayandırılması üçün lazım olan bütün addımlara əl atacağımızı bəyan edirik. Qırğınları dərhal dayandırmanızı və ölkəmizi dərhal tərk etmənizi istəyirik. Tərk etmədiyiniz təqdirdə, ölkəmizdə olan bütün yəhudi mənşəli ticari quruluşların ad siyahısını bütün ictimaiyyət ilə paylaşaraq iqtisadi boykot üçün lazım olanı edəcəyik, iş yerlərini dondurulmuş vəziyyətə gətirəcəyik" -qeyd edilib.
Mühasirəyə alınan sionist rejim konsulluğuna verilən ultimatom haqqında açıqlama verən Nurəddin Şirin, "Bu sionist rejim konsulluğuna ultimatom verməmizin üç təməl hədəfi var: Birincisi, Qəzzaya istiqamətli hücum və qırğınlar dərhal dayandırılmalı, ölkəmizdəki sionist rejim nümayəndələri ölkəmizi dərhal tərk etməli və Qəzzaya tətbiq olunan embarqo qaldırılmalıdır. Bizlər bu hədəflərimizə çatana qədər ilk addım olaraq, ölkəmizdə sionist rejim ilə əlaqəsi olan bütün yəhudi quruluşlarını və şirkətlərini də mühasirə altına alacaq, onların mallarını boykot edəcək, xalqımız üzərindən gəlir əldə edib sionistlərə çatdırmasına fürsət verməyəcəyik" deyib.
Axşam Saat 22:00də toplanan minlərlə Fələstin könüllüsü, sionist rejim konsulluğuna verilən ultimatomun yerinə yetiriləcəyinə görə and içib.