İİR servisi/Aran Agentliyi
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah əl-Üzma Xamenei İsrail istehsalı olan məhsulların idxalı və onların təbliğ edilməsi haqda istiftada bildiriblər : Qəsbkar İsrail rejiminin xeyrinə olan hər bir alış-verişdən çəkinmək lazımdır.
İslan İnqilabının Böyük Rəhbəri deyiblər : Müsəlmanlar və İslam üçün malik olduğu zərər ziyanlara görə İsrail məhsullarını idxal etmək və yaymaq müsəlmanlar üçün düzgün deyil.
İslam İnqilabının Böyük Rəhbəri habelə Sionist rejimin xeyrinə olan məhsulların idxalı və alıqı-satqısından çəkinmənin zəruriliyinə təkid edərək bildiriblər ki, bütün müsəlmanlar Sionist rejimin xeyrinə olan məhsulları almaq və onlardan istifadə etməkdən çəkinməlidirlər .
Həzrət Ayətullah əl-Üzma Xamenei habelə İslam ölkələrində İsrailə səfərlər təşkil edən xüsusi ofislərin yaradılması ilə bağlı irəli sürülmüş sualı belə cavablandırıb: Bu hərəkət İslam və Müsəlmanlar üçün malik olduğu zərər və ziyanlara görə düzgün deyil və müsəlmanların İsrailə qarşı sanksiyaları pozan heç bir hərəkət düzgün sayılmır.