Tarix : 2009 Jan 14
Kod 9895

Day.az PORTALININ QƏZZA QƏTLİAMI İLƏ BAĞLI İLQAR İBRAHİMOĞLU İLƏ MÜSAHİBƏSİ

Biz Qəzzada insanlığa qarşı bir dəhşətli cinayət müşahidə edirik…
Azərbaycan servisi/Aran Agentliyi
«Biz Qəzzada insanlığa qarşı bir dəhşətli cinayət müşahidə edirik…»

- Hörmətli Hacı İlqar, İsrail-Fələstin münaqişəsini necə qiymətləndirərdiz? Burada düz və səhv olan tərəflər varmı?

- Bu məsələdə bizim mövqeyimiz budur ki, burada İsrail rejimi təcavüzkar rolu oynayır və Fələstin xalqı təcavüzkarlara qarşı mübarizəsini aparır. Və bu – yalnız da mənim fikrim deyil, belə qənaətlə həm Birləşmiş Millətlər Təşkilatı, həm də İslam Konfransı Təşkilatı çıxış edir.

Qəzzanın dinc əhalisinin son vaxtlarda bombardmana məruz qalmasına gəlincə isə bunu insanlığa qarşı cinayətdən başqa bir adla adlandırmaq mümkün deyil. Göz qabağında dəhşətli faktlar durur: 200-dən çox uşaq, 800-dən çox dinc əhalinin qətlamı. Və bütün bunlar yalnızca 2009-cu ilin ilk günlərinin göstəricisidir. Artıq belə bir göstəricilər qarşısında hər hansı "müdafiə tədbirləri" və ya "terrorizmlə mübarizə" kimi demaqoq bəhanələrə də yer qalmır. Baş verənlər müasir Holokostdan başqa bir şey deyil.

- Bu münaqişənin özəyində duran nədir - siyasət, din və ya bu sadəcə illərlə İsrail rejimi ilə ərəb dövlətləri arasında gedən müharibələr sırasından biridir?

- Burada din çaları ümumiyyətlə mövcud deyil. Belə ki, günahsız insanların qətlə yetirilməsi dünyanın bütün dinləri tərəfindən pislənir. Baş verənləri siyasət adlandırmaq da çətindir. Adəti anlamda siyasət, özlüyündə problemlərin sivil yolla çözülməsini əks etdirir, burada isə biz qanlı qətliam əməliyyatı ilə üzbəüzük. Hazırda biz heç də ədalət və rasionallığa söykənən bir hərəkəti deyil, "insan yoxdursa, problem də yoxdur" prinsipi ilə həyata keçirilən məqsədli strategiyanı müşahidə edirik.

Qəzza məsələsində görünən variant budur: «xalq yoxdursa, problem də olmayacaq». Uyğun gəlməyən hərəkata divan tutulması pərdəsi altında Yaxın Şərqdə əsaslı soyqırım aparılır və bunun məqsədi Qəzzadakı əhalini tam sıxışdırmaq və ya onlara hadisələrin gedişatına sərf edən baxışı zorla qəbul etdirməkdən ibarətdir.

Biz öz insanlığını unudan cinayətkarlıqla qarşı-qarşıyayıq. İnancına itaət edən hər bir şəxs bilir ki, baş verən cinayətlərin yəhudiliyə heç bir aidiyyatı yoxdur.

- Yaxın Şəqdə müharibə fasilələrlə artıq 60 ilədən çoxdur ki, davam edir. Sizcə orada nə vaxtsa sağlam məntiq üstün gələ biləcəkmi?

- Təəssüf ki, sağlam məntiqin üstün gəlməsi hər zamanda iradəvi müstəvidə mümkün olmur. Çox vaxt bu, reallığın dərk edilməsi və zülm edənlərin özlərinin bu reallığı anlamasında realizə olunur. Çox təəssüf olsun ki, hazırda uşaqlara və dinc əhaliyə qarşı aparılan qanlı müharibə göstərir ki, bir çoxları bütün baş verənlərin bumeranq xarakterli təhlükəsini hələ də sonadək anlamayıb.

- Orada sülh bərpa olacaqmı və bunun üçün dünya ictimaiyyətindən hansı cəhdlər tələb olunur.

- Baş verən soyqırıma münasibətdə müşahidə etdiyimiz sükut və qeyri-adekvat yanaşma ilə çətin ki, yaxın vaxt ərzində sabit sülhdən danışmaq mümkün olsun. Təəssüf ki, dünya ictimaiyyəti bu problemin həll edilməsi üçün kifayət qədər ardıcıllıq göstərmir. Hər bir vicdanlı şəxs günahsız insanların, məsum körpələrin qətlə yetirilməsinə öz etirazını bildirməlidir. Belə düşünürəm ki, vəziyyət buna doğru gedir ki, artıq gündən-günə bu cinayətləri davam etdirməyi həyata keçirmək çətinləşir.

- Azərbaycanın da Ermənistan ilə həll edilməmiş münaqişəsi mövcuddur. Bu münaqişənin siyasi müstəvidən dini müstəviyə keçirilməsi cəhdlərini necə dəyərləndirərsiz?

- Hazırki təcavüz siyasi xarakter daşıyır. Lakin erməni tərəfi dini təəssüb faktorundan istifadə etmək istəyir. Mən əlbəttə ki, bu məsələyə tamamilə mənfi baxıram.

- İslam dini iki xalq arasında sülhü bərqərar etmək üçün hansı rola malikdir və bu xalqımızla Ermənistan arasında olan münaqişəni çözməyə imkan verə bilərmi?

- İslam və ümumiyyətlə bütün dünya dinləri dini ehkamlara riayət etməyə çağırır. Bütün problem bundadır ki, insanlar Allaha itaət etməyi unudublar. Və insanlar öz dini vəzifələrini unudarkən və onları özü üçün rəhbər tutmadığı zaman ortalığa ədalətsizlik, cinayət, özün üçün rəva bildiyini digərləri üçün rəva bilməmək kmi hallar ortalığa çıxır. İlahi inanc yaddan çıxarkən bax belə insanlığa qarşı dəhşətli cinayətlər baş alıb gedir və bu gün biz bunlardan birini Qəzada müşahidə edirik.
 
 
 
  • Yazılıb
  • da (də) 2009 Jan 14