Tarix : 2009 Jan 14
Kod 9896

Vəhabilik Azərbaycan Respublikasına bir təhdid

.
Azərbaycan servisi/Aran Agentliyi
Yazıçı:Həsən Güli
Xülasə:
Bu gün İslam dünyasında Müsəlamnların inkişafına maneçilik törədən və İslam dünyasını müxtəlif problemlərlə üzləşdirən ifratçı hərəkat, vəhabilikdir.hal-hazırda bu cahil təəssüb siyasətə qarışıb və müxtəlif bölgələrdə müsəlmanları öldürmək üçün və ya ixtilaf törətmək üçün bir alətə çevrilib.hal-hazırda ölkələrin içərisində Azərbaycan Respublikası bu hərəkatın fəaliyyət mərkəzinə çevrilib.və Azərbaycanın müsəlman və şiə xalqı iqtisadi, sosial, siyasi və 20% işğal olunmuş ərazilərindən törənmiş problemlərdən əlavə başqa bir əsasəslı problemlə, yəni vəhabilərin fəaliyyəti ilə üzləşiblər. bütün müsəlmanlara, xüsusi ilə alimlərə və universet tələbələrinə vacibdir ki, vəhabiliyin qarşısını almaq üçün Azərbaycan respublikasının xalqına əsil İslam dini tanıtdırsınlar.
Terminlər:
Azərbaycan respublikası, Vəhabiyyət, Şiə, Dini səbatlığın pozulması
Giriş
Tarix boyunca İslam dinin yayılmasına və Müsəlmanıarın inkişafına mane olan əsas amil ifratçı hərakatlardır və bəzən İslam adı ilə fəaliyyət göstərərək, öz qeyri-qanuni məqsədlərinə çatmaq üçün çalışırlar.bu qrupların fəaliyyətində iki mühüm amilin, yəni bəzi cahil şəxslərin təəssübü, bir sıra qrupların  hiləsi və həqiqi İslamın yayılmasına qarşı çıxan ölkələrin təsiri var.
Bu gün İslam dünyasında Müsəlamnların inkişafına maneçilik törədən və İslam dünyasını müxtəlif problemlərlə üzləşdirən ifratçı hərəkat, vəhabilikdir.hal-hazırda bu cahil təəssüb siyasətə qarışıb və bu hərəkat müxtəlif bölgələrdə müsəlmanları öldürmək üçün və ya ixtilaf törətmək üçün bir alətə çevrilib.
O cümlədən Amerika Əfqanistanda Taliban(vəhabidilər) terrorizmlərinə qarşı mübarizə etməsi və bir sıra ölkələr ifratçı islamçılarla, terrorizmlə və sa. mübarizə etmək adı ilə Cənubi Qafqazda iştirak etməsi bu iddianı təsdiqləyir.
Hal-hazırda ölkələrin içərisində Azərbaycan Respublikası bu hərəkatın fəaliyyət mərkəzinə çevrilib.əslində Sovet dağıldıqdan sonra Orta Asiya və Qafqazın yeni müstəqil olmuş ölkələri, xüsusi ilə Azərbaycan respublikası coğrafi, məzhəbi, siyasi və sa. xüsusiyyətlərinə görə ifratçı hərəkatın, xüsusən vəhabilərin diqqətindədir.
Bu məqalədə Azərbaycan respublikasını tanıdacayıq və vəhabilərin mahiyyətini, Azərbaycan respublikasında vəhabilərin fəaliyyətinin geniş şəkildə yayılmasını və onların yeni siyasətini araşdıracayıq.
Azərbaycan Respublikası
Bu gün Azərbaycan respublikası adlanan ölkə bir zamanlar İranın ərazi idi.və Albaniya adlanmışdır.İslamın gəlişindən sonra bu bölgənin adı Arana dəyişdi.İran-Rusiya müharibələrində “Gülüstan”və “Türkmənçay”müqavilələri əsasında İrandan ayrıldı.Rusiyanın 1917-ci il inqilabından və Çar dövlətindən sonra 1918-ci ildə “Müsavat”partiyası Məmmədəmin Rəsulzadənin rəhbərliyi altında Aranda müstəqil respublika təşkil etdi və bu respublika o dövrdəki ölkələrin siyasətləri nəticəsində, o cümlədən Osmanlı impraturu”Azərbaycan Respublikası”adlanmışdır.Aran adını Azərbaycan adına dəyişməklə, tarix təhrif  edildi və osmanlıların israrı nəticəsində və İran Azərbaycanını ələ keçirmək üçün belə bir dəyişiklik baş verdi.1
bu respublikanın ömrü 1920-ci ilin 28 aprel ayına kimi idi.və o gün sovetin qızl ordusu Bakını işğal etdi və bu partiyanın bir çox başçılarını öldürdü.və beləliklə Azərbaycan respublikasının iki illik ömrünə son verdi.bu respublika 1991-ci ilə kimi Sovetin bir respublikası kimi öz varlığını qorudu.sovet 70 illik hakimiyyətində çalışdı ki, bu bölgənin xalqını dinindən, mədəniyyətindən və tarixindən uzaqlaşdırsın.və xalq dini mərasimlərin icrasında çoxlu məhdudiyyətlərlə və problemlərlə rastlaşmışdı.1991-ci ildə sovet dağıldığı zaman Azərbaycan Respublikası başqa respublikalar kimi müstəqil oldu.hal-hazırda Cənubi Qafqazın üç ölkəsindən biri Azərbaycandır və bu respublikanın 86/600 km2 sahəsi var.1385-ci ilin tir ayının 10-da BMT-nin hesabatına əsasən bu respublikanın 8 milyon 483 min nəfər əhalisi var. Azərbaycan respublikasının Dövlət Dini Komitənin sədri Tehrana son səfəri zamanı elan etdi ki, bu ölkənin 96% əhalisi müsəlmandır.və 65%-ı şiədir.(xatırlatmalıyam ki, ötən illərdə şiələrin sayı 80% elan edilmişdir.dövlətin bu siyasətini(Şiənin sayını az göstərməsi)düşündürücü məsələdir.)Azərbaycanın müstəqilliyindən indiyə kimi, xüsusi ilə son zamanlar vəhabilərin fəaliyyət mərkəzinə çevrilib və bu vəziyyətin davam tapması həm Azərbaycan xalqına, həm də İrana təhlükəli ola bilər.neçə ki, İran-Azərbaycan iki şiə ölkədir və  tarix, məzhəb və mədəni baxımdan ortaqları var və uzun  sərhədlərə sahibdirlər.və yaranmış hər hansı bir şəraitdən iki ölkə təsirlənəcək.
§ Vəkhabilik
Vəhabiyyət təriqəti “Məhəmməd-ibn Əbdülvəhab”a aiddir.o, Nəcd əhalisindəndir.1082-ci(şəmsi il)ildə Oyinədə(Hicazda Nəcdin ətrafında)anadan olmuş, uşaqlıqda çətin hədislərin izahına marağı çox idi.və Hənəbli fiqhini atasından, Hənəbli alimlərinin biri idi, öyrəndi. Məhəmməd-ibn Əbdülvəhab cavanlığında, Nəcd əhalisinin bir sıra dini əməllərini pisləyirdi.
O, Allah evini ziyarət etmiş və oradan Mədinəyə getmişdir.Mədinədə Məhəmməd peyğəmbərin məzarına müsəlamnların müraciət etməsini rədd etmişdir.oradan Nəcdə sonra Bəsrəyəgetmişdir.və bir müddət orada yaşamışdır.ordakı xalqın bir sıra əməllərinə də qarşı çıxmışdır.qeyd etməliyəm ki, Məhəmməd-ibn Əbdülvəhab Bəsrədə olduğu zaman Hemfer-İslami ölkələrdə olan məşur İngiltərə casusu- ilə tanış olmuşdur və onun təsirində qalaraq daha çox İslam hökmlərinə bədbin olmuşdur.2və inaclarını İslam adı ilə təbliğ etməyə başlamışdır.atası öldükdən sonra aydın şəkildə öz etiqadını yaymış və xalqın əməllərini rədd etmişdir. Məhəmməd-ibn Əbdülvəhab1160-cı ildə Oyinədən qovulduqdan sonra Nəcədin məşhur şəhərinə Dərəyəyə getmişdir.o zaman Dərəyənin əmiri Məhəmməd-ibn Məsud-Ale Səudun cəddi- idi.o, şeyx Məhəmmədin görüşünə getmiş və şərəflə onu yad etmişdir.Şeyx Məhəmməd də Məhəmməd-ibn Səudunu hörmətlə yad etmişdir.beləliklə, onların əlaqələri genişlənmişdir. Məhəmməd-ibn Səudun himayəsi nəticəsində Şeyx Məhəmməd öz etiqadına daha çox təkid etmişdir.əgər bir müsəlman onun etiqadına inanmasa, kafir hesab edilir və canı, malı və namusu dəyərsizdir.
Vəhabilərin Nəcd, Yəmən, Hicaz, Suriya və İraqın ətrafında olan müharibələri bu etiqadların əsasında idi.və işğal etdiyi şəhərlər onlara həlal idi.vəhabilərə inanan şəxslər onunla beyət etməli və ona qarşı çıxan şəxslər öldürülməli və mal-dövləti bölünməli idi. Məhəmməd-ibn Əbdülvəhab 1170-ci ildə vəfat etdi və ona inanan şəxslər təriqətini davam etdirdilər.məsələn 1216-cı (qəməri il)ildə Əmir Səud 20 min nəfər ordu ilə Kərbəlaya hücum etdi.vəhabi ordusu çoxlu cinayətlər etdi və birçox insanları öldürdü, o cümlədən 5 min nəfər və ya çox(ölənlərın sayını 20 min nəfər demişdilər).vəhabiyyətin ayini Şeyx Məhəmməd-ibn Əbdülvəhabın əqidələri əsasında formalaşıb.və tarix boyunca bu təriqət həqiqi İslamın yayılmasına mane olan dövlətlərin vasitəsi ilə müşayiət edilib.vəhabilərin bəzi etiqadları bunlardır:
Vəhabilərə görə heç bir insan nə monoteist, nə də müsəlmandır.məgər bir sıra əməlləri tərk edə:
A.    Heç bir peyğəmbərə müraciət etməsin.hər kəs bu işi görsə, bütpərəstdir.3buna görə vəhabilər peyğəmbərin məzarını ziyarət etməyə icazə vermir.və inanırlar ki, hər kəs peyğəmbərdən şəfa diləsə, bütdən şəfa diləyib.4
B.    Vəhabilər peyğəmbərin və imamların məzarını təmir etməyə daha çox həssasdırlar.bu mövzunu ilk dəfə”İbn Timiyə”və onun məşhur şagirdi”Əbi-ul Qəyyüm”bəyan etmişdir.və məzarların təmir edilməməsinə və dağıdılmasına dair fitva veriblər.5Səudilər 1344-cü ildə (qəməri)Məkkəni, Mədinəni və onun ətrafını işğal etdilər və peyğmbərin əsərlərini aradan aparmaq üçün bir bəhanə axtarırlar.6
C.    Vəhabilər iddia edirlər ki, müsəlmanlar zaman ərzində İslam ayinlərindən uzaqlaşıblar və Allahın dininə yeniliklər gətiriblər ki, İslam dininə qarşıdır.buna görə də peyğəmbərin təyin etdiyi hökmlər gərək icra edilsin.
D.   Vəhabilərin etiqadına görə heç kəs Peyğəmbərə and içməməlidir.7çünki Allahdan başqa kimsədən hacət tələb etmək Quran ayələrinə zidddir:”فلا تدعوا مع الله احدأ
E.    Onlara görə dəfn mərasimi və əzadarlıq həramdır.çünki ölülərin ruhları bir iş görə bilməzlər. dünya və axirət işlərində müdaxilə edə bilməzlər.9
F.    Vəhabilərə görə hörmət mənasında işlən ləqəblər insan üçün işlənməz.çünki hörmət yalnız Allaha aiddir.
G.   Vəhabilər İslamın başqa təriqətləri və məzhəbləri ilə mübarizə etməyi rəva bilirlər.və iddia edirlər ki, gərək vəhabi olsunlar, ya pul verib azad olsun.buna görə həmişə başqa müsəlmanlar kafirdirlər, malları və canları həlaldır.onlar deyirlər ki, hər kəs böyük günah etsə, kafirdir.10
əlbəttə qeyd olunmuş mövzular vəhabilərin etiqadlarının bir hissəsidir.və bu təriqət Amerika və siyonistlərin himayəsindədir.bu himayələr həmin ölkələrin mənafeyini qoruyana qədərdir.neçə ki onlar İran İslam Respublikasına qarşı olaraq vəhabiliyi təmsil edən Taliban qrupunu yaratdılar və bu təşkilatın davamiyyəti onlara təhlükəli olduğu üçün Əfqanistana hücum etdilər və taliban hakimiyyətini dağıtdılar.
bu xüsusiyyətlərdən əlavə indi  vəhabilər daha sərt, ifratçı olublar və hər bir yeni hadisəyə qarşı çıxırlar. 11
vəhabilik nə din, nə də məzhəbdir.bəlkə Hənəbli sünni məzhəbindən düzədilmiş süni bir təriqətdir. son iki yüz ildə sünnilər, xüsusi ilə Hənəblilər dəfələrlə bu təriqətin gördüyü işləri pisləyiblər.və öz günahsızlıqlarını bəyan ediblər.
§ Azərbaycan respublikasında vəhabilərin inkişafına təsir edən səbəblər:
Qabaqcadan qeyd etdiyimiz kimi Azərbaycan respublikasının əksər əhalisi müsəlmandır.bu müsəlmanlar 70 il sovet hakimiyyətində çoxlu problemlərlə və dini qadağalarla üzləşmişdilər.və bu arada hakimiyyət Azərbaycanın müsəlman xalqının mahiyyətini məhv etmək üçün çalışmışdır.və İslam dinini unutdurmaq üçün öz səylərini etmişdilər.sovet dağıldıqdan sonra və Azərbaycan müstəqil olduğu zaman xalq itmiş mahiyyətini əldə etməyə çalışır, ancaq qeyd olunmuş siyasətlərin nəticəsində xalq çaşqın vəziyyətdə qalıb.onlar özlərini müsəlman bilirlər, ancaq İslam adından başqa heç nə qalmayıb.başqa sözlə desək, Azərbaycanın müstəqilliyindən sonra bu ölkədə məzhəb boşluğu yaranıb.bu boşluq sovet və çar dövründən irs yetişib.Azərbaycan dövləti bu nöqsanı ortadan qaldırmaq əvəzinə(Azərbaycan xalqının problemlərinin mənşəyi bu boşluqdan ola bilər)elə bir siyasət nəzərdə tutub ki, xalqın dini etiqatlarında olan problemləri iki qat olub.
Azərbaycan respublikasının konstitusiya tərtibatçıları, əslində müxtəlif dövürlərdə olan hakimilərin fəaliyyəti əsasındadır, əksər xalqın dini əqidələrini nəzərə almadan ölkənin siyasi quruluşunu iki əsl üzrə laizm(dünyəvi olmaq)və sekularizm(dinin siyasətdən ayrı olması)planlaşdırıblar.
Azərbaycan respublikasınn konstitusiyasının birinci bölümündə hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.
1-ci fəslin 7-ci maddəsində müəyyənləşdirilib ki, “Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitardır.”və 1-ci fəslin 18-ci maddəsində dinin dövlətdən ayrı olması qeyd olunub:” Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir.”48-ci maddədə dinə münasibət və dini mərasimlərin icrası haqqda yazılıb və 2,3 və 4-cü bəndlərdə yazılıb:
II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.
III. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə,sərbəstdir.
IV. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır.
Müşahidə etdiyiniz kimi Azərbaycan konstitusiyasında nə İslamdan və nə də Şiə məzhəbindən söz edilməyib.bəlkə ümumi dindən söz edərək hər bir şəxsin, ifratçı qrupların fəaliyyətinə imkan yardıb.və hətta heç bir dinə etiqad etməmək sərbəstdir.dinsizliyə təkid edilib. Bu maddənin 3 və 4-cü bəndlərinə əsasən dini etiqadlara və mərasimlərə maneçilik törətmək mümkündür.12
Azərbaycan respublikasının indiki vəziyyətində şiə müsəlmanların dini azadlığı yoxdur, hətt əsil və sağlam məzhəi hərəkata da izin verilmir.və dövlət tərəfindən müxtəlif maneələrlə rastlaşırlar.bu bir şəraitdədir ki, vəhabilər qərbi ölkələrin himayəsi altında Bakıda azad şəkildə fəaliyyət göstərirlər.
Beləliklə  Azərbaycandavəhabilərin inkişafına təsir edən səbəblər məlum olur.əslində vəhabiliyi qəbul edən Azərbaycan vətəndaşı itirmiş mahiyyətini, varlığını və İslamını axtarıb və dövlət tərəfindən himayə olmadığına görə vəhabiliklə rastlaşıb. bir ölkədəki dinə maraq çox olsa və doğru dini öyrədən mütəxəssislər olmasa, aydındır ki, bu ölkədə müxtəlif dinlərin, məzhəblərin fəaliyyətinə zəmin yaranacaqdır.sovetin dəmir qapları və o dövrün məhdudiyyətləri səbəb olub ki, xalqın dinə ehtiyacı fitri bir məsələyə çevrilsin.Azərbaycanın ilk müstəqilliyindən bəri bütün məzhəblər və dinlər təbliğata başladılar, bunların içərisində vəhabilər də var idi.
Xatırlatmalıyam ki, Sovet dağıldıqdan sonra, xüsusi ilə 11 sentyabr hadisəsindən sonra Amerika, Orta Asiya və Qafqaza təsir etmək istəyir.və bu arada Azərbaycanın stratejik mövqeyi və İran İslam Respublikası ilə qonşu olması Amerikanın daha çox diqqətini cəlb edib.ABŞ hakimiyyəti Azərbaycan xalqının din və məzhəbindən xəbərdardır.və yaxşı bilir ki, Azərbaycanın siyasi, iqtisadi və nizamı və sa.faydalanmaq üçün gərək xalqın şiəçiliyə tərəf getməsinə maneçilik yarada və buna görə də Amerika təhrif olunmuş firqələrdən, o cümlədən vəhabilərdən himayə edərək öz mənafesini qorumağa çalışır.
Bu təriqətdən sionistlərdən himayə edirlər.burada əhəmiyyətli olan budur ki, Amerikanın, Qərbi ölkələrin və sionistlərin mənafeyi vəhabilərlə əlaqədardır.əgər sionistləri beynəlxalq siyasətində üçbucağın güncü fərz etsək, qərbi ölkələri və Amerikanı üçbucağın bir tərəfi hesab etsək, üçbucağı təkmilləşdirən tərəf vəhabilikdir.
Vəhabilərin cahil və qəddar hərəkətləri, zülm edən ölkələrin iki məqsədini reallaşdırır:
A.    Onlar İslam hökmlərini səhv anlayaraq, məsələn kafirlərin edam edilməsini, xüsusən, Səddam hakimiyyəti dağıldıqdan sonra kameraların qarşısında və Quranın sədaları altında qərbin adi vətəndaşlarını kafir adlandıraraq başlarını kəsirdilər.bu hərəkətlərlə dünya xalqlarını İslam dininə bədbin etdilər, hətta pap İslam dininin sərt olduğunu bəyan etdi.bunlar İslam düşmənlərinin, xüsusi ilə sionistlərin məqsədini reallaşdırırlar.
B.    Vəhabi qrup, o cümlədən Əlqaidə istismar ölkədə, yəni İngiltərədə təşkil tapmışdır. və hər zaman təhrif olunmuş etiqadların əsasındadır, bu üzdən cahilcəsinə şiəni birinci düşmən adlandıraraq, hər zaman çalışıblar ki, şiəyə ziyan vursunlar.bu arada ən çox faydalanlar Amerika və beynəlxalq sionistdir ki, bütün İslama qarşıdırlar.onlar şiənin qaydalarından, yəni intizar, şəhadət və imamətdən xəbərdar olduqlarına görə Şiənin əhəmiyyətini daha yaxşı bilirlər.bu səbəbə görə Azərbaycan respublikasındakı vəhabilərin hərəkatlarından gizlicə himayə etməklə çalışırlar ki, Azərbaycanda şiəçiliyin dirçəlməsinə maneçilik törətsinlər.
Amerika, sionist, qərbi ölkələr və bir sıra ərəb ölkələri yaxşı bilirlər ki, onların mənafeyini təhlükəyə salan əsas amin dünya xalqlarının İslamçiliyidir.bu fikirlər Şiə məzhəbindən alınır.ancaq onlar uğursuz üçbucaq təşkil edərək, ortaq mövqeləri güc, məzhəb və sərvətdir, ancaq şiənin əsasında, yəni Məhdəviyyətə inanmaq dünyanı nicatvərən, Məhdi Əc və şiədə İmamın zühuruna dair olan ayələrdən xəbərdar olduqlarına görə çalışırlar ki, dünya xalqları, xüsusi ilə Azərbaycan xalqı (İrandan sonra dünyada ikinci şiə ölkədir) şiəçiliyə tərəf yönəlməsin.
Azərbaycanda vəhabilərin fəaliyyətini sürətləndirən iki başqa səbəb də mövcuddur:
A.    Qarabağ münaqişəsi və Azərbaycan ordusuna yardım etmək üçün vəhabiyyətə inanan əfqanlı mübarizlər bu münaqişədə iştirak etdilər.
B.    Çeçen münaqişəsi və Azərbaycan respublikasından bu münaqişəyə vəhabi qrublar iştirak etdi.
Bu iki amilə görə Azərbaycan xalqının bir hissəsi vəhabiyyətə tərəf yönəlib. Bunu da xatırlatmalıyam ki, əgər Azərbaycan ilk müstəqil olduğu zamanda xalq həqiqi İslamı və şiəni tanısaydı, təhrif olunmuş hərəkatlar, o cümlədən vəhabilik Azərbaycanda geniş şəkildə yayılmazdı.
§ Azərbaycan respublikasında vəhabilərin fəaliyyət dairəsi
Azərbaycanda vəhabilərin fəaliyyət dairəsi o qədər genişlənib ki, hətta qərb ekspertləri bunu Azərbaycana böyük bir təhlükə bilirlər.
Son zamanlar Cuşva Kaçer, “The State”Amerikalı bir jurnalist Bakının”Əbubəkr”məscidində vəhabilərin fəaliyyətini araşdırıb.o yazıb:”hər gün bu məsciddə vəhabilərin sayı getdikcə çoxalmaqdadır.bu məscid şəhərin mərkəzində və izdihamlı yerdə yerləşir.bu məscidin imamı Qamət Süleymanov, Səudi növündən olan ifratçı xütbələr söyləyir, Azərbaycan dövləti bundan qorxur.təəccüblüdür ki, Azərbaycan hakimiyyəti belə məscidləri bağlayıb, ancaq Əbubəkr məscidinin fəaliyyətinə izin verib.bəzilərin fikrincə, xalq arasında Qamət Süleymanovun hörməti çoxdur və bundan hakimiyyət qorxur.”
Həmin jurnalist yazır:-“Meydan məsciddəki şəxslərdən biridir. o, başqa şiə məscidlərə görə bu məscidin üstün olmasını belə izah edir:Şiələr həqiqi İslamin ziddinə işlər görürlər.onlar müqəddəs bildikləri şəxslərin məzarlarına etiqadları var.müqəddəs suyu içirlər və özlərini döyürlər.”
Cuşva Kaçer, öz fikirlərini belə təsvir edir:”başqa bir vəhabi əl telfonunda bir videonu göstərdi, çadralı bir qadın Aşura günündə özünü döyürdü.vəhabi şəxs dedi:sağlam şəxslər və hətta xristianlar belə işləri görmürlər.Meydan deyir, onun fikrincə, həqiqi İslam Ərəbistandadır.əgər bu ölkəyə getsən, oteldə almağa ehtiyac yoxdur.neçə ki, müsəlman xalq hazırdır, qonağı üç gün evində saxlasın.budur, həqiqi İslam!”
Bu müxbirin yazdığına əsasən namaz qılmaq üçün hər həftə cümə günü 10 min nəfər bu məscidə və ətraf küçələrə toplaşır.13
Qeyd etməliyəm ki, Əbubəkr məscidi 11 il bundan öncə Ərəbistan və küveytin himayəsində inşa edildi.və indi həmin məscid Azərbyacada vəhabilərin fəaliyyət mərkəzinə çevrilib.və Qamət Süleymanov məscidin imamı Azəridir və dini təhsilini Ərəbistanda alıb.əlbəttə bu ilin mordad ayının 27-də baş vermiş patlayışdan sonra müvəqqəti olaraq bu məscidin fəaliyyəti dayandırılıb.
Bakıdan əlavə başqa rayonlarda, o cümlədən sünni məzhəb əhalisi olan Quba, Zaqatala, Qusar və sa. vəhabilər fəaliyyət edirlər.hətta Azərbaycanın xəbərlərini nəzərdən keçirsək, vəhabilərin fəaliyyətini idarələrdə və hətta hərbi mərkəzlərdə də görmək olar.
Məscidlərdə təbliğat, kitabların çapı və satışı, Ərəbistan və bir sıra ərəb ölkələrində dini təhsil almaq istəyənlərə təhsil bursunun verilməsi, Quran sinifləri bərpa etmək, vəhabiliyi təbliğ edərək ticarətlə məşğul olmaq, bir sıra həssas orqanlara müraciət etmək, o cümlədən hərbi orqanlara və əhali ilə sıx əlaqədə olan orqanlarda çalışaraq vəhabiliyi yayırlar.
§ Azərbaycan respublikasında vəhabilərin yeni siyasəti
Bu gün Azərbaycanda “Sələfi”adlanan vəhabilərin arasında ikilik yaranıb və onlar iki yerə”Əbubəkr ictiması”və”Cəmaəl Həqq”bölünüblər.və bir-birlərini müxtəlif ittihamlarla  məhkum edirlər.
“Cəmaəl həqq”in internet saytında Qamət Süleymanovun əleyhinə çoxlu ittihamlar var.belə nəzərə gəlir ki, “Cəmaəl Həqq”Çeçen mücahidlərin başçısına Doka Ömərova(o, bir müddət Çeçen prezidenti olmuş və 2007-ci ildə bu vəzifədən uzaqlaşdı və özünü “Qafqaz Əmiri”adlandırmışdır) əlaqəsi çoxdur.çünki ömərovun ifratçı fikirləri və cəhad çağırışları geniş şəkildə saytda əks olunub.
“Cəmaəl həqq”in üzvləri, Qamət Süleymanovu iblis və fitnəkar adlandırıblar. Onu və tərəfdarlarını hakemiyyətin nəfinə yaltaqlıq etməyə məhkum edirlər.
Onlar dövlət qarşısında “Əbubəkr ictiması”nın səbirliyini və cihad çağırışında Süleymanovun ehtiyatlı mövqeyini tənqid edirlər. Süleymanov “Əbubəkr Məscidi”nin saytına müsahibə verərək deyib:-“müxalifətdə olanlar savadsız, kafirdirlər və iddia etdi ki, cihad silahlı mübarizə etməkdən yaxşıdır.Süleymanov, Qafqaz əmiri “Doka Ömərov”haqqında bele deyib:-“onun iddiaları dəyərsiz və mənasızdır.bir sıra şəxslər meşədə oturub və cihada çağırırlar.hətta Məhəmməd peyğəmbər Məkkədə olan zaman yetərincə gücü yox idi və belə cihadlar vermirdi.onların iddiaları savadsız və məsləhətdən uzaqdır.”14
Belə nəzərə gəlir ki, Vəhabilərdə yaranmış ikilik, etiqadı məsələlərdən çox bu ixtilaflar təriqətin yeni siyasətlərindən və xarici himayədarlar tərəfindən verilmiş təkliflərin əsasındadır.və əslində bu ayrılıq bir növ vəzifələrin paylaşmasıdır.xatırlatmalıyam ki, “Əbubəkr ictimasi”na tapşırılıb ki, elm adı ilə şiəçiliklə mübarizə etsin.İranın və Azərbaycanın şiə xalqının əleyhinə mənfi təbliğatlar aparsın.onların təbliğatları bunlardır:şiə və İranın ziddinə SD-lərin hazırlanması, şiə etiqadlarını lağa qoymaq üçün internet saytların hazırlanması, təhrif olunmuş etiqadları kitab şəklində yaymaq, Ərəbistan universitetlərində və ... oxumaq üçün tələbələri maraqlandırmaq.
Həmçinin “Cəmaəl Həqq”qrupu da elm adı ilə şiəçilikə mübarizə etmək istəyir.onlar şiəni kafir tanıyırlar, İraqdakı və bir sıra müsəlman ölkələrindəki qarşıdurmanı Azərbaycana gətirmək istəyirlər.qeyd olduğu kimi vəhabilərin arasında yaranmış ikilik zahirdədir.və buna sübüt başaqa bir səbəb də var.belə ki, Azərbaycan dövləti ümumxalqın, xüsusi ilə azadlığı olmayan İslami qrupların təzyiqi altında və ya hər hansı bir səbəbə görə dövlət vəhabilərlə mübarizə etsin.”Cəmaəl Həqq”silahla mübarizə etməyi planlaşdırıb və bunu da elan edib.əgər Azərbaycanın polisi ilə qarşı durma yaransa, başqa qrup “Əbubəkr ictiması” fəaliyyətinə davam etdirsin.
Bu ilin mordad ayının 27-də Əbubəkr məscidində başvermiş patlayış bu istiqamətdə dəyərləndirirlir.Cəmaəl həqq istədi ki, mübarizədə ciddi olmağını göstərərək Əbubəkr İctimasini məzlum, sülhsevər göstərsin.
Xatırlatmalıyam ki, Cəmaəl Həqq bu patlayışla şiə məscidlərdə bir sıra əməliyyata başlaya bilər.bu əməliyyat baş tutsa, müxtəlif islami məzhəblər arasında qarşıdurma yarana bilər.Azərbaycan respublikasında dini səbatlığı poza bilər.
§ Azərbaycan respublikasında vəhabilərin fəaliyyətinin geniş səviyədə yayılmasının nəticələri
əgər vəhabilərin fəaliyyəti davam etsə, Azərbaycan respublikası vahid dinə sahib olduğu üçün bu ölkənin dini səbatlığına ciddi ziyan vura bilər.və azlıq təşkil edən sünnilər çoxluq təşkil edən şiələrin müqabilində duracaqlar.aydındır ki, Gürcüstan münaqişəsində təhqir olunmuş Amerika dövləti, bu vəziyyəti dəyişmək üçün və İranla düşmənçilik siyasətinə uyğun olaraq, Cənubi Qafqazda, xüsusi ilə İran İslam Rspublikasının sərhədlərində öz mövqeyini və hüzurunu möhkəmləndirəcək və buna görə də Azərbaycanın dini səbatsızlığından daha çox faydalanan ölkədir.və müxtəlif bəhanələrlə, o cümlədən məntəqədə sülhü bərpa etmək üçün və öz milli mənafeyini qorumaq üçün öz hüzurunu daha genişləndirəcək.hətta bu məsələ sionistlərin istəyi də ola bilər.necə ki, az miqdar sərmayə ilə Azərbaycanın enerjisinə sahib ola bilər və yəhudi qrupların nüfuzunu artıra bilər.
Belə bir vəziyyətin yaranması hər bir ölkədən çox İranın milli mənafeyi ilə təzaddadır.necə ki, indiki Azərbaycan hakimiyyəti bu vəziyyətdən çoxlu ziyanlar görəcək və Qarabağın Azərbaycana birləşmə arzusu tamami ilə puç olacaq.
əlbəttə qeyd etməliyəm ki, azərbaycanlıların bəzisi çar və sovetin məhdudiyyətlərində yaşamalarına baxmayaraq öz tarixi varlıqlarını, yəni şiə məzhəbini qoruyub saxlayıblar.hal-hazırda Azərbaycan respublikasında İslami oyanışın geniş şəkildə yayılması inkar edilməz bir faktdır.
Azərbaycan dövləti dini səbatlığı qorumaq üçün və öz iddialarını(demokrası olduqlarını)sübüt etdirmək üçün mövcud həqiqətləri qəbul etməlidir.hərçənd ki, Azərbaycan dövləti şiələrin sayını az göstərməyə çalışır, ancaq hər kəs bilir ki, Azərbaycan əhalisindən ən az 80% şiədir. Bu məsələ Azərbaycan dövlətini məcbur edir ki, əksər əhalinin məzhəbinə görə vəhabilərin fəaliyyətinə(əsasən şiənin əleyhinə fəaliyyət edirlər)maneçilik törətsin.hərçənd ki, vəhabilər sərt olduqlarına görə, yeniliyə qarşı olduqları üçün, son dərəcə ifratçı olduqlarına görə məhv olmaq üzərindədirlər.
Son söz bu ki, Azərbaycanın müsəlman və şiə xalqı iqtisadi, sosial, siyasi və 20% işğal olunmuş ərazilərindən törənmiş problemlərdən əlavə başqa bir əsasəslı problemlə, yəni vəhabilərin fəaliyyəti ilə üzləşiblər. bütün müsəlmanlara, xüsusi ilə alimlərə və universet tələbələrinə vacibdir ki, vəhabiliyin qarşısını almaq üçün Azərbaycan respublikasının xalqına əsil İslam dini tanıtdırsınlar.
Hətta İran İslam respublikası bu təhlükəli hərəkatın qarşısında öz milli mənafeyini qorumaq üçün Azərbaycan və İran arasında olan dərin tarixi və mədəni əlaqələrə görə bu ölkənin dövlət ilə faydalı əməkdaşlıq edə bilər.
Çıxarışlar:
4.Həmin mənbə
10.həmin səhifə 1431
12.Azərbaycan Respublikasının Konstitusiyası
13.Yeni Müsavat qəzeti, Bakı nəşri, 87/3/3
14.Yeni Şərq internet saytı www.yenisharq.orq
 
 
 
 
 
  • Yazılıb
  • da (də) 2009 Jan 14