Tarix : 2009 Jan 15
Kod 9915

AZƏRBAYCANIN NEFT ŞİRKƏTİNƏ MƏXSUS ANBARDA PARTLAYIŞ OLDU

Xəsarət alanlardan 7-si xəstəxanaya yerləşdirilib
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan Dövlət Neft Şirkətinə məxsus İxtisaslaşdırılmış Xüsusi Texnika İdarəsinin anbarında partlayış baş verib. Hadisənin təbbi qaz sızmasından baş verdiyi bildirilir. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

DİN-dən verilən məlumata görə, yanvarın 14-də saat 10.10 radələrində Səbail rayonundakı Dəniz küçəsində yerləşən Azərbaycan Dövlət Neft Şirkətinə məxsus İxtisaslaşdırılmış Xüsusi Texnika İdarəsinin anbarında təbii qazın sızmasından partlayış baş verib. Nəticədə anbarın arakəsmə divarı dağılıb, 4 kvm. sahədə olan əşyalar yanıb.

Partlayışdan xəsarət alan fəhlələr Əliyev İlham, Hacıməmmədov Lazer, Camalov Seyfəddin, İsmayılov İbad, Əliyev Ağası, Kazımov Samir, habelə şok vəziyyətində olan Əliyeva Mənsurə xəstəxanaya yerləşdirilib. Araşdırmalar aparılır.
  • Yazılıb
  • da (də) 2009 Jan 15