Tarix : 2009 Jan 15
Kod 9917

ƏHMƏDİNEJADIN İSRAİLLİLƏRƏ MESAJI

Əhmədinejad, mesajında İsrailliləri, Sionistlərin cinayətlərinə etiraz olaraq küçəyə tökülmələrini əsgərləri də komandirlərinin Fələstinli vətəndaşları öldürməyə bağlı əmrlərinə itaət etməməyə çağırıb
İİR servisi/Aran Agentliyi
Əhmədinejad, mesajında İsrailliləri, Sionistlərin cinayətlərinə etiraz olaraq küçəyə tökülmələrini əsgərləri də komandirlərinin Fələstinli vətəndaşları öldürməyə bağlı əmrlərinə itaət etməməyə çağırıb.

İslam-Azerinin Fars nyusa istinadlı xəbərinə görə,İran prezidenti Mahmud Əhmədinejad, Əl Cəzair kanalının Ərəbcə və İngiliscə hissələri, ayrıca əl-Ələm ilə Fars TV-i müxbirlərinə verdiyi açıqlamasında, işğal altındakı Fələstin torpaqlarında yaşayan Yəhudilərə səslənərək, "Mənim bu mesajım, Sionist İsrailin zəbti altında və işğal altındakı torpaqlarda yaşayan sizlərədir! Hansı dindən, məzhəbdən olsanız olun, nəticədə siz də insansınız! Vəziyyətiniz haqqında düşünüb sionist rəsmilərinə suallar soruşmanın zamanı gəlmədimi? Qəzzanın müdafiəsiz xalqı niyə bu qəddar hücumlara məruz qalmalıdır? Və ya Livana qarşı niyə belə bir rəftar göstərilməlidir? Niyə insanları səbəbsiz yerə qırırlar? İnsanlar Allahın sevimli məxluqları deyilmi? Niyə günahsız uşaqları qətl edir, bədənlərini parça parça bölürlər?"- deyə qeyd edib.

Əhmədinejad mesajının davamında, "Ey işğal altındakı torpaqlarda yaşayanlar! İstər Yəhudi olun, istər Xristian və ya istər Müsəlman. Bu gün dünyanın hər tərəfində olduğu kimi siz də, Sionist qatillərin cinayətlərinə etiraz olaraq küçələrə tökülün! Səsinizi gurlaşdırın və bu Allahdan xəbərsiz Sionist rəsmilərinə etirazınızı bildirin!" şəklində çıxış edib.

Prezident Əhmədinejad daha sonra, qatil İsrail Ordusundakı əsgərlərə səslənərək, "Ey Sionist Ordunun əsgərləri, döyüşə qatılmaqdan hər vəsiləylə qaçındığınızı, komandirlərinizlə davamlı çəkişmə və qarşıdurma halında olduqlarınızı eşidirik. Və bilirik ki günahsız insanların qətl edilməsi, onlara qarşı kobud güc istifadə edilməsi üçün sizlərin istifadə edilməsindən yorulmusunuz. Əsas sual da budur ki, niyə günahsız insanlar, günahsız qadınlar və uşaqlar öldürülməli? Və niyə siz bu qırğına vəsilə olmalısız? Komandirlərinizə etirazını göstərmənizin zamanı gəlmədimi? Gəldisə, onların əmrlərini dinləməyin. Günahsız insanların ölməsinə səbəb olmayın!" deyə vurğulayıb.
  • Yazılıb
  • da (də) 2009 Jan 15