Tarix : 2009 Jan 15
Kod 9921

İSRAİL ƏRƏBLƏRİ SOYQIRIMA MƏRUZ QOYDUĞUNA GÖRƏ TƏZMİNAT ÖDƏMƏLİDİRLƏR

ADP sədri Sərdar Cəlaloğlu İsrail rejiminin Qəzza xalqına tutduğu divanla əlaqədar «Dəyərlər»in suallarını cavablandırır
Azərbaycan servisi/Aran Agentliyi
ADP sədri Sərdar Cəlaloğlu İsrail rejiminin Qəzza xalqına tutduğu divanla əlaqədar «Dəyərlər»in suallarını cavablandırır:

- İşğalçı İsrailin hərbi hucumları nəticəsindən son 13 gün ərzində Qəzzada 900-a yaxın günahsız insanın ölümü ilə nəticələnən hadisələri necə qiymətləndirirsiniz?

- Əvvəla onu deyim ki, dünyada gedən qlobal böhran dünyanın siyasi mənzərəsində dəyişiklikləri qaçılmaz edəcəkdir. Bu gün Pakistanla Hindistan arasında gərginliyin yaranmasının, Yaxın Şərqdə yenidən müharibənin alovlanmasının birinci səbəbi budur. Bu kimi hadisələrlə hakimiyyətlərin iqtisadi qüsurlarından vətəndaşlarının diqqətlərinin yayındırılması məqsədi güdülür. Və çox təəssüf ki, Yaxın Şərqdəki bu münaqişəyə dünya ədalətli yanaşmadığından bu münaqişə 40 ildən artıqdır ki, davam etməkdədir. Faktiki olaraq bu münaqişə sionist İsrailin günahı ucbatından həll olunmur. Buna heç cür haqq qazandırmaq olmaz. Bu sadəcə olaraq bir genosid siyasətidir və bütün dünya da bunu belə qiymətləndirməlidir. Xüsusən də, vaxtilə almanlar tərəfindən genosidə məruz qalmış bir xalq bu soyqırım siyasətini həyata keçirir. Bu da həm də sionistlərin mənəvi qüsurundan xəbər verir ki, özlərinin başlarına gətirilən işi başqa xalqların başına gətirirlər. Bu da təbii ki, beynəlxalq hüququn kobud pozulması ilə müşaiyət olunur.

Bu məsələlər hamısı beynəlxalq hüquqla tənzimlənə bilər. Hətta işğalçı İsrailin yaradılması özü belə BMT-nin məlum qətnamələrinə görə meydana gəlib. Bu baxımdan baş verənlərin birbaşa məsuliyyətini BMT daşıyır. Ona görə ki, sionist İsrailin yaranması qərarını BMT verib və baş verənlərin də məsuliyyətini BMT də daşımalıdır.

- Sərdar bəy, işğalçı İsrailin Qəzzada torətdiyi qırğınlarla bağlı yaydığınız bəyanatda "ərəblərə qarşı xroniki soyqırım" ifadəsi keçməkdədir. Azərbaycanda, ümumiyyətlə, bəlkə də dünyada ilk dəfə səslənən bu ifadənin məna yükünü necə ifadə edərdiniz? Nə anlamına gəlir bu ifadə?

- Məsələ burasındadır ki, bir sıra hadisələr vardır ki, beynəlxalq hüquqda onun konkret adını qoymayıblar. Məsələn, biz bilirik ki, soyqırım, genosid nədir. Bu - bir xalqın digər bir xalqı məhv etməklə kökünü kəsməsidir. Son vaxtlar BMT yeni bir sənəd qəbul edib. Həmin sənədə görə bir xalqın söy kökünün kəsilməsinə gətirib çıxaran cəhd və ağır sosial-iqtisadi siyasət də soyqırım hesab olunur. Yəni burda kiminsə kimisə qırmağı yox, aclıqda məhv etməsi də soyqırım adlanır. Və bu günlər də Ukrayna da «Qolodomor» hadisələrinə görə bu məsələni qaldırdı və dünyada artıq bu mövzu müzakirə olunur.

Mən belə hesab edirəm ki, dünyada xroniki soyqırım deyilən bir proses gedir. Yəni bir var kəskin şəkildə, hamının gözü qarşısında və bir gündə kütləvi, milyonlarla insanın qırğınına səbəb olan bir siyasət həyata keçırilir. Bunu aşkarlamaq çox asandır və dünya buna birmənalı ad da verir. Bunun qiymətini vermək də mümkündür. Məs, II Dünya Müharibəsində almanların yəhudiləri öldürməsi kimi. Amma bir də xroniki soyqirim deyilən bir əməl var ki, eyni bir iş ardıcıl olaraq dəfələrlə mütəmadi həyata keçirilir. Məsələn, 1947-ci ildən bu günədək sionist israillilərin nə qədər ərəb öldürdüyünü hesablasaq görərik ki, II Dünya Müharibəsində almanların öldürdüyü yəhudilərdən çox sionistlər ərəb öldürüb. Fələstində, Livanda və digər ölkələrdə böyük sayda ərəb öldürülüb. Yəni bu faktiki olaraq bir xronki soyqırım xarakteri alıb. Bu genosiddir, amma bunu sionistlər bir dəfəyə deyil, zaman-zaman, fasilələrlə və müxtəlif dövrlərdə törədirlər. Buna görə də dünya bunu soyqırım kimi qiymətləndirməlidir. Çünki dünyada problemlər ona görə həll olunmur ki, onların adları birmənalı şəkildə təyin edilmir. Məhs, dünya ad qoymalıdır ki, hazırkı bu Qəzza hadisləri nə problemdir? Söhbət nədən gedir? Sionist işğalçıları orada nə ilə məşğuldurlar? Bu sadəcə olaraq Həmasın addımlarına görədirmi? Və yaxud Həmas hücum edib bir nəfər işğalçı əsgəri öldürübsə, sionist İsrailin tətbiq etdiyi hücum nəticəsində isə 50 nəfər həlak olur. Bu hüquqda qeyri-adekvat güc anlayışıdır. 1 nəfərə görə isə 350 nəfər öldürməyin ümümiyyətlə hüquqda adı yoxdur. Bu cinayətdir və genosiddir, soyqırımdır. Burada sionist İsrail özünə necə bəraət qazandırırsa, hansı adla bəraət qazandırırsa da, bunun heç bir hüquqi, siyasi və insani izahı yoxdur. Ona görə də bizim partiya belə hesab edir ki, biz artıq dünya ictimaiyyətinə fələstinlilərə qarşı işğalçı İsrailin xroniki soyqırım siyasəti apardığını çatdırmalıyıq və dünya bu məsələyə genosid kimi baxmalıdır. Eyni zamanda sionist yəhudilər ərəbləri məruz qoyduqları soyqırım siyasətinə görə Fələstinə təzminat ödəməlidirlər. Mənə görə bu fəaliyyətlər bütün dünyada aparılmalıdır.

- Sərdar bəy, belə hallarda beynəlxalq hüqüq müstəvisi tez-tez xatırlanır. Təbii ki, beynəlxalq hüqüq müstəvisi sağlam məntiqin hakim olduğu hallarda təsirli olur. Dünyada da olduğu kimi, Azərbaycanda da işğalçı İsrailin sağlam məntiqlə əməliyyatları dayandırmayacağını və onlarla konkret əməllə danışmaq lazım olduğunu düşününənlər var. Sizcə, son baş verən hadisələrdə beynəlxalq hüququn əhəmiyyəti var, yoxsa yox?

- Dünya ikiqütblülükdən xilas olduqdan sonra beynəlxalq hüquq normaları əhəmiyyətini itirmişdir. Çünki II Dünya Müharibəsindən sonra dünyada iki müxtəlif sistemin mübarizəsi gedirdi. Artıq bu siyasi sistemlərdən biri mövcud deyil və keçmiş sistemlərin yerinə yeni bir dünya düzəni formalaşmalıdır. Yeni dünya təşlkilatı yaranmalıdır. Əslində baxsaq, beynəlxalq hüququn əhəmiyyətsizləşməsi bu iki sistemin aradan getməsilə bağlı deyil, onun özünün gücsüzlüyü ilə əlaqədardır. O zaman kapitalizm və sosializm tam əks mövqelərdə dayandığı üçün beynəlxalq hüquq işləyirdi. Bu gün beynəlxalq hüquq birtərəfli qaydada həyata keçirilir və onu tənzimləyən iki tərəf olmadığı üçün bu hüququn heç bir mənası qalmayıb.
  • Yazılıb
  • da (də) 2009 Jan 15