İran parlamentinin sədri vurğulayıb ki, fələstinlilərin fədakarcasına müqaviməti bir daha İsrailin məğlubedilməzliyi əfsanəsini darmadağın etdi
İİR servisi/Aran Agentliyi
İran parlamentinin sədri vurğulayıb ki, fələstinlilərin fədakarcasına müqaviməti bir daha İsrailin məğlubedilməzliyi əfsanəsini darmadağın etdi.
Əli Laricani dünən Türkiyədə islami ölkələrin parlamentlər arası birliyinin fövqəladə iclasındakı çıxışında həmçinin deyib: Kədərli Qəzzə hadisəsi şübhəsiz bəşəriyyət əleyhinə aşkarcasına hərbi cinayət sayılır. Bu üzdən bu cinayətlərin bütün amilləri hərbi canilər, habelə bəşəriyyət, sülhə qarşı cinayətkarlar kimi və soyqırımı üstündə mühakimə olunub cəzalandırılmalıdırlar.
Laricani islami ölkələrin parlamentlərindən istəyib ki, qanun eşələyib hazırlamaqla özləri daxili məhkəmələr yolu ilə beynəlxalq cinayətkarların mühakiməsinə zəmin yaratsınlar.
Laricani təklif edib ki, üzv ölkələrin parlamentlərinin nümayəndələrinin bir qrupundan ibarət islam parlamentlər arası birlik vasitəsi ilə bir heyət yaradılsın və məzlum Fələstin xalqının kədərinə şərik olmaq və isalmi ölkələrin yardımı tərzinə nəzarət üçün Qəzzə zolağına səfər etsin. İİR İslami Şura Məclisinin sədri həmçinin bütün üzv ölkələrin parlament sədrlərini tezliklə Tehranda keçiriləcək Fələstin xalqının hüquqlarını müdafiə konfransında iştiraka dəvət edib.