Tehranın cümə namazı xitabətçisi Sionist rejimin Qəzzə zolağında törətdiyi cinayətləri kəskin şəkildə pisləyərək bu rejimin cinayətlərinin insanlığa qarşı olduğunu bildirib
İİR servisi/Aran Agentliyi
Tehranın cümə namazı xitabətçisi Sionist rejimin Qəzzə zolağında törətdiyi cinayətləri kəskin şəkildə pisləyərək bu rejimin cinayətlərinin insanlığa qarşı olduğunu bildirib. Tehranın cümə namazının xitabətçisi Ayət. Əhməd Cənnəti uşaq və qadınların çoxluq təşkil etdiyi 1100nəfər günahsız qəzzəlinin şəhid edilməsinə toxunaraq deyib: İşğalçı rejimin Qəzzədə törətdiyi vəhşilik bütün müsəlmanların sakitliyini pozub.
Tehranın cümə namazının xitabətçisi Quran Kərimdən bir ayəyə toxunaraq deyib: Sionsit rejimin başçıları insan simasında olan yırtıcılardır.
Ayət. Cənnəti BMT-nin TŞ-də qəbul olunmuş 1860 saylı qətnamənin də zalım güclərin pozğun gücləri himayə siyasətinin davamı olduğunu bildirərək deyib: Fosforlu bombalardan istifadə edilməsi nəticəsində uşaqların üzünün yanması təsvirləri hər bir azadlıqsevər insanın ürəyini ağrıdır.
Ayət. Cənnəti BMT-nin TŞ-nın və AB-nin Sionist rejimin Qəzzədə törətdiyi cinayətlərə qarşı zəif reaksiyasına toxunaraq bəzi ərəb ölkələrinin Ərəb Liqasının fövqəladə iclası keçirməsini əngəlləmələrini tənqid edib.
Tehranın cümə namazının xitabətçisi Venesuela dövlətinin Sionist rejimin Karakasdakı səfirini qovmasını yüksək qiymətləndirərək ərəb ölkələrinin başçılarını ixtiyarını ABŞ-a verdiyi və yaxud Sionist rejimin müttəfiqi olduğu üzündən ancaq öz hakimiyyətlərini düşündüklərini deyib.