Tarix : 2009 Jan 16
Kod 9930

AYƏTULLAH XAMENEİ İSMAYIL HANİYƏYƏ MƏKTUB YAZIB

İran İslam İnqilabı Rəhbəri Ayətullah Seyyid Əli Xamenei Həmasın baş naziri İsmayıl Haniyəyə məktub göndərib
İİR servisi/Aran Agentliyi
Ayətullah Xameneiİsmayıl Haniyəyə məktub göndərib.

İslam-Azeri-nin İRAN KİV-lərinə istinadla verdiyi məlumata görə İran İslam İnqilabı Rəhbəri Ayətullah Seyyid Əli Xamenei Həmasın baş naziri İsmayıl Haniyəyə məktub göndərib.

Məktubda Qəzzalılara göstərdikləri fədakarlıq və səbrə görə təşəkkür və təriflər yer alıb.

Məktunun xülasəsini diqqətinizə çatdırırıq.

Salam Aleykum

Salam olsun əziz və mücahid qardaşım İsmayıl Haniyəyə

Siz isbat etdiniz ki, Allah və Qiyamətə inamla dolu olan, zülm və zillət qarşısında təslim olmayan əziz müsəlmanlar elə bil qüdrət yaradırlar ki, zalım hökümətlərin və təpədən dırnağa kimi silahlanmış ordular belə sizin müqabilinizdə zəlil və aciz oldular.
6 gündə 3 ərəb ölkəsini məğlub edərək öz hakimiyyətinə tabe edən bir rejimi sizin fədakarlıq və şəhadəttələbkarlığınız Qəzza darvazaları arxasında xiffət bataqlığına batırdı.

Sizin qəhrəman mücahidlərin və Qəzzalıların tarixin ən dəhşətli cinayətlərinin müqabilində etdiyiniz səbriniz izzət bayrağını İslam ümmətinin başı üzərində dalğalandırdı.

Öz iman,təvəkkül, İlahi vədəyə olan hüsn zənn, səbr, şücaət və fədakarlığınıza görə fəxr edin.
Bu gün bütün müsəlmanlar sizinlə fəxr edirlər.

Sizin bu cihadınız ABŞ, Sionist rejim, onların himayədarları, BMT və İslam ümmətinin münafiqlərini rüsvay etdi.

Seyyid Əli Xamenei
16 yanvar 2009
 
  • Yazılıb
  • da (də) 2009 Jan 16