Tarix : 2009 Jan 16
Kod 9933

BAKIDA DƏHŞƏTLİ PARTLAYIŞ

hadisə Cavad Xan küçəsi, 30 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində baş verib
Azərbaycan servisi/Aran Agentliyi
Bakida növbəti partlayiş hadisəsi baş verib. “Yeni Müsavat”ın əməkdaşı Səbuhi Rəhimlini verdiyi məlumata görə, hadisə bir neçə saat öncə 3-cü mikroarayon ərazisində olub. Ölənlər və yaralananlar, eləcə də dağıntı var. Partlayışın qaz sızmasından baş verdiyi güman olunur. Hadisə yerində əlaqədər dövlət qurumları işləyir. Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsindən APA-ya verilən məlumata görə, hadisə Cavad Xan küçəsi, 30 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində baş verib. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub. Partlayışdan sonra yanğın başlayıb.

Hadisə yerində olan əməkdaşımız Elşən Balaxanılın verdiyi məlumata görə, partlayış nəticəsində 2 nəfər həlak olub, bir neçə nəfər yaralanıb. Bundan başqa, partlayış dalğası hadisə baş verən binanin qarşısından keçən marşrut avtobusunu vurub, nəticədə sərnişinlər arasında da xəsarət alanlar olub.
Ümumiyyətlə güclü partlayış ətrafdakı binalarin, o cümlədən “Makdonalds” restoranının şüşələrini qırıb töküb.
 
  • Yazılıb
  • da (də) 2009 Jan 16