Tarix : 2009 Jan 16
Kod 9934

NARDARANDA MITINQ

Mitinqdə iştirak edənlər ötən aksiyada onların ünvanına söylənən fikirləri tənqid edərək bəzi qaranlıq məsələlərə aydınlıq gətiriblər
Azərbaycan servisi/Aran Agentliyi
İslam-Azeri-nin müxbirinin Nardarandan verdiyi məlumata görə İsrailə etiraz əlaməti olaraq mitinq başa çatıb.

Mitinqdə iştirak edənlər ötən aksiyada onların ünvanına söylənən fikirləri tənqid edərək bəzi qaranlıq məsələlərə aydınlıq gətiriblər.

"Nardaranlılar vətəni canları ilə qorumağa hazırdır"-deyən Məşədi Mehman keçən dəfə çıxışında dediyi sözləri düzgün başa düşülmədiyini önə çəkib.

Müxbirimizin məlumatına görə aksiyada 1500-dən çox etiazçı iştirak edir.

Mitinqdə Nardaran ağsaqqaları, o cümlədən İslam partiyasının sabiq sədri Hacı Hacı Ağa Nuri, Hacı Mehman, Hacı Fəyyaz və digərləri də çıxış ediblər.

Sonda qətnamə oxunub qətnamədə: "Azərbaycanın İsrailə neft ixracatının da dayandırılması, Azərbaycanın İsraillə olan bütün əlaqələrinin kəsməsini, həmin ölkə ilə müştərək müəssislərin məhsullarının Azərbaycan xalqı tərəfindən boykot edilməsini, İsraillə hərbi əlaqələrə son qoyulmasını tələb edilib.".

Sonda İsrail. ABŞ bayraqları və Buş, Olmertin müqəvvaları yandırılıb.
  • Yazılıb
  • da (də) 2009 Jan 16