Bir daha 1990-cı il 20 yanvar faciəsinin ildönümü günü gəlib çatdı və məzlum Az. R. xalqını kədərə bürüdü. 19 il budan qabaq belə saatlarda ...
Azərbaycan servisi/Aran Agentliyi
Bir daha 1990-cı il 20 yanvar faciəsinin ildönümü günü gəlib çatdı və məzlum Az. R. xalqını kədərə bürüdü. 19 il budan qabaq belə saatlarda Bakıya bəlkə də bütün Az. R-na iztirabla dolu anlar hakim kəsilmişdi. SSR-nin Qızıl ordusunun Bakıda müdafiəsiz əhaliyə qarşı vəhşicəsinə hücumu bir faciə yaratdı ki, son zamanlar onun daha iri və daha dəhşətli miqyasda Qəzzədə təkrarlanmasının şahidi olduq . Qəzzə əhalisinin haqsevərlik üstündə sionistlər tərəfinin vəhşicəsinə qırğın olunduğu kimi, Bakıda da müdafiəsiz əhali daş ürəkli kommunistlər tərəfinin qanına qəltan olundu. Əgər Qəzzə əhalisinin günahı Sionist işğalçılarla mübarizədirsə, Az. R. əhalisinin günahı da kommunist işğalçılarla mübarizə idi. Əgər Qəzzə əhalisi bu kiçik məntəqənin təpədən -dırnağadək silahlanılmış Sionist rejim ordusunun tankları və zirehli transpartyorları tərəfinin mühasirə olunmasına etiraz edirsə Az. R-nın müsəlman xalqı da İrandan ayrı düşməsinə etiraz edərək Kommunist rejimin tikanlı məftillərini qırmışdı. Əgər Kommunist rejim , 1989-cu ilin noyabr-dekabr aylarında Az. R. xalqının islami İrana doğru müqəddəs hərəkətini Bakıya Qızıl ordu tanklarının göndərilməsi ilə cavablandırdısa , Sionist rejim də Qəzzəyə qarşı F16 qırıcılarının vəhşicəsinə hücumları və fosfor bombaları ilə Fələstin xalqının haqsevərliyini cavablandırdı. Bəlkə də elə bu oxşarlıqlara görədir ki , son həftələr Az. R-da Qəzzə ilə həmrəyliyin ifadə olunması , bütün dünyada Qəzzə əhalisi ilə həmrəylik barədə ən sədaqətli, ən səmimi və ən emosional hərəkət olub. Az. R. xalqının müsəlman təbəqələri 20 yanvar faciəsindən sonra öz şəhidləri üçün ağladıqları kimi Qəzzə şəhidləri üçün də göz yaşları axıtdılar. Onlar Qəzzə şəhidləri üçün matəm mərasimləri təşkil etdilər və bu dəfə etiraz səslərini ucalda və zalımların bayraqlarını yandıra bildilər. Əgər o zaman SSR-nin cinayətkar Kommunist rejimi islami fundamentalizm markası ilə Bakıda əhalini qırğın etmək üçün Ağ Evin razılığını çəkmişdisə, Qəzzə barədə də cinayətkar Sionist rejim Fələstin xalqına terrorist markasını vuraraq , böyük şeytan Amerika ilə kiçik şeytanpərəstlərin dəstəklərini əldə edə bildi. Lakin əgər o vaxt Az. R-nın müsəlman xalqı 20 yanvar faciəsinə görə dünyada yeganə etiraz fəryadçısı olmuş İİR-nın haqq söyləyən səsindən başqa digər bir himayəçiyə malik deyildisə, bu gün Qəzzənin məzlum əhalisi dünya səviyyəsində bir çox hamilərə malikdir. Bundan sonra dünyada haqq və azadlıqsevərlər zalımlar , qüdrət və sərvət sahibləri , mənsəbpərəstlər , təhrifçilər və saxtakarların hadisələri tərsinə göstərmələri və xalq hərəkətlərinin istiqamətini dəyişmələrinə icazə verməyəcəklər. Əlbəttə bu məsələnin reallaşması böyük sayıqlıq və dərrakə tələb edir. Zira əgər 19 il bundan qabaq təcrübəli və hiyləgər kommunistlər Az. R-da qövmçülük , dəstəbazlıq və təfriqə toxumu səpir və öz yerli amillərindən xalqı yayındırmaq üçün istifadə edirdilərsə, hazırda da təcrübəli və hiləgər sionistlər , Artur Linklər , Yevda Abramovlar və Sabir Rüstəmxanlılar zəli kimi Az. R. xalqının canına daraşıblar. Əgər o zaman Az. R. xalqının müqəddəs amallarının bəhrə verməsinin qarşısını almaq üçün ifratçı millətçiləri, sonra da təcrübəli kommunistləri Bakıda hakimiyyətə və Camah və Bab kimi mariyanetkaları səhnəyə gətirdilərsə , bu gün də Artur Link tam həyasızlıqla Az. R-nı İsrailə bənzədir və Dak və QAMOH kimi yeni mariyanetkalarla səhnəyə gəliblər . Ötən hadisələr və tarixdən alına biləcək ən yaxşı bəhrə ondan ibrət dərsi almaqdır. İndi də 20 yanvar faciəsinin ildönümü gününün qeyd olunması , xas bir şəxs, habelə bir qrup qüdrət və sərvət sahibi üçün təbliğat vasitəsinə çevrilməməlidir. 20 yanvar faciəsindən onun əsl dərslərini öyrənmək və hiyləgərlərə aldanmamaq lazımdır.