Tarix : 2018 Oct 10
Kod 56632

Azərbaycan çempionunu bıçaqlayan şəxsə cəza istənildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Novruz Orduxanlının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Arannews-Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.O, N. Orduxanlının cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.İttiham aktına görə, hadisə bu il mart ayının 21-də gecə Abşeron rayonunun Mehdiabad qəsəbəsində baş verib. Belə ki, 1989-cu il təvəllüdlü Səbuhi İsmayılov “Mehdiabad dairəsi” kimi tanınan ərazidə Novruz Orduxanlı ilə mübahisə edib. Şəxsi münasibətlər zəminində başlayan mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Bu zaman Novruz S. İsmayılova bir neçə bıçaq zərbəsi vurub. Yaralının vəziyyəti ağır olduğundan o, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Qeyd edək ki, S. İsmayılov “Fateh” klubunun üzvüdür. O, Taekvondo üzrə XXlll Respublika çempionatında 63 kiloqram çəki dərəcəsində birinci yeri tutub. 

  • Yazılıb
  • da (də) 2018 Oct 10
  • Göndərən مدير سايت Aran News