Bəhreyndə əl-Vifaq cəmiyyəti bu cəmiyyətin baş katibi Şeyx Əli Salman üçün ömürlük həbs hökmünün çıxarılmasını pisləyib.
Arannews-"Əl-Vifaq" milli-islami cəmiyyəti bir bəyanat yayaraq bildirib ki, Bəhreyn xalqı hər zamandakından daha çox bu ölkədə qüdrətin dəyişdirilməsi vacibliyinə agahdır."Əl-Vifaq" cəmiyyətinin bəyanatında deyilir: Ali-Xəlifə rejimi böhran içindədir və siyasi məhbuslardan girov kimi istifadə edir. Belə ki, Yaxın Şərq ölkələri arasında ən çox siyasi məhbus Bəhreynə aiddir.