Bəhreyn alimləri bəyanat yayaraq Bəhreynin əl-Vifaq cəmiyyətinin sədri, siyasi məhbus, həbs dövrünü başa vurmaqda olan Şeyx Əli Salman haqqında çıxarılan ömürlük həbs qərarını pisləyib.
Arannews-Maide.Az Bəhreyn KİV-lərinə istinadən xəbər verir ki, bəyanatda bildirir: “Bəhreyn rejimi bu gün (dünən) özünün xalqda ömürlük ayrı olması haqqında qərar çıxardı. Çünki Məhkəmə sistemi korrupsiyaya aludə olub və sistemin hakimləri onlara diktə olunan qərarı Şeyx Əli Salman, Şeyx Həsən Sultan və Ustad Əli Əl-Əsvəd haqqında çıxarıb. Diktator rejim öz legetimliyini itirdikdən sonra xalqı və rəhbər şəxslərini təslim etmək üçün təzyiqləri artırdı. Qərar qəbul etməkdə və siyasətlərində başını itirdi. Qərara gəldi ki, sonu uçurum olmaq olan bu qaranlıq tunelin sonuna kimi getsin. Bu saxta məhkəmə ən açıq dəlillərlə Ali Xəlifə rejiminin məhkəmə sistetminin siyasi qərar verdiyini və bu rejimin asılı rejim olduğunu sübut edir. Ali Xəlifə rejim Məhkəməsi bir dəfə müxalif qüvvələri İrana bağlı olduğunu, bir dəfə də Qətərə bağlı olduğunu deyir. Hökumətin hansısa ölkə ilə münasibətləri korlanırsa, müxalifləri həmin ölkələrlə bağlılıqda ittiham edir. Onları ömürlük azadlıqdan məhrum edir, vətəndaşlıqdan çıxardır və hətta onlar üçün edam hökmü çıxardır. Hamı bunu bilsin əgər Şeyx Əli Salman və onun dostları saxta seçkilərin nəticələrini qəbul etsəydi, bu gün bu qərar onlar haqqında çıxarılmayacaqdı və onlar sərbəst buraxılacaqdı. Biz məhkəmə sisteminin hakim dairənin nəzarəti ilə verdiyi qərarı pisləyirik. Bütün məhbusların xüsusi ilə Şeyx Əli Salmanın azad olunmasını tələb edirik. Təkidlə vurğulayırıq ki, bu saxta qərarlar xalqın iradəsində və qanuni istəklərini tələb etməkdə davamlılığında heç bir ziyan vurmur. Xalqın şəri və milli borclarını yerinə yetirməkdə, zülm, korrupsiya və ölkəni dağıdanlarla mübarizədə daha da əzmkar olmasına səbəb olur."
Qeyd eədk ki, 2018-ci ilin iyun ayında keçirilən məhkəmədə Şeyx Əli Salman və Vifaq cəmiyyətinin digər iki üzvi Həsən Sultan və Əli Əl-Əsvəd Bəhreyn Ali Məhkməsində keçirilən prosesin yekununda Qətərə casusluq ittihamından bəraət almışdır. Həmin qərara əsasən Şeyx Əli Salman cari ilin dekabr ayında 4 il həbs müddətini başa vurduqdan sonra sərbəst buraxılacaqdı. Ötən gün (Bazar günü) Ali Xəlifə Rejinin Apellyasiya məhkəməsi Şeyx Əli Salman və Bəhreyn rejiminə müxalif olan Şeyx Həsən Sultan və Əli Əl-Əsvəd haqqında bəraət hökmunu ləğv edərək, onları “Qətərə casusluq etmək ittihamı” ilə ömürlük azadlıqdan məhrum edib.
Xatırladaq ki, Şeyx Əli Salman 4 ilə yaxındır ki, həbsdədir. O, 4 il müddətinə azadlıqdan məhrum edilib. Bəhreyn rejimi ötən ilin noyabrında ona qarşı yeni ittiham irəli sürüb. Ali Xəlifə rejimi Şeyxi Əli Salman haqqında casusluq maddəsi ilə yeni cinayət işi açıb. Bu Bəhreyn, BƏƏ, Misir və Səudiyyə Ərəbistanın Qətər ilə münasibətləri korlandıqdan sonra və əməkdaşlıqdan imtina etməsindən sonra baş verib.