ABŞ prezidenti Donald Tramp qətlə yetirilmiş səudiyyəli jurnalist Camal Qaşıqçının məsələsini gələn həftə Konqreslə müzakirə etmək niyyətində olduğunu bəyan edib.
Arannews-Oxu.Az-a istinadən xəbər verir ki, o, bu məsələdə güclü rəy formalaşdırdığını bildirib. Tramp əlavə edib ki, ABŞ jurnalistin qətli ilə bağlı araşdırma çərçivəsində Türkiyə və Səudiyyə Ərəbistanı ilə sıx təmasdadır.