Arannews-Həqiqət QHT (Truth NGO) - səudiyyəli müxalif jurnalist, "Vaşinqton Post" qəzetinin yazarı Camal Qaşıqçının qətlinin başlıca şübhəlisi sayılan, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd ibn-Salmanın əsas müşaviri Səud əl-Kahtanidən xeyli vaxtdır heç bir xəbər yoxdur. Eastnews.org-un verdiyi xəbərə görə, sonuncu dəfə o, krallığın paytaxtı Ər-Riyaddakı məhkəmənin binasında görünüb. Qeyd edə ki, ABŞ Səudiyyə Ərəbistanının 17 vəzifəli şəxsinə sanksiya tətbiq edib. Onların arasında Kahtaninin də adı var.