Bakı, 10 yanvar, SalamNews. Türkiyənin Müdafiə naziri Hulusi Akar ilə rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı baş tutub.
Arannews-SalamNews "Anadolu" istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə nazirliyi məlumat yayıb. Məlumata görə, telefon söhbətində tərəflər Suriyadakı vəziyyəti və Soçi Memorandumu əsasında regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.