Tarix : 2019 Jan 14
Kod 57438

Doktor Mütəfəkkirazad: İran, Türkiyə və Pakistan üç güclü müsəlman ölkəsi kimi Qarabağ münaqişəsinin həllində birləşməlidir

Təbrizdə baş tutan “Qarabağ münaqişəsində regional və beynəlxalq oyunçuların rolu və münaqişənin həllində İranın potensialları” adlı konfransda çıxış edən Təbriz Universitetinin elmi heyətinin üzvü doktor Ruhullah Mütəfəkkirazad Qarabağ münaqişəsinin həllinin uzanımasının əsas səbəbini böyük güclərin Qarabağın şahmat səhifəsində olması adlandıraraq deyib: “İran, Türkiyə və Pakistan regionun üç gücü olaraq Qarabağ münaqişəsinin həllində birləşməli, ciddi və əməli addımlar atmalıdırlar.”

Arannews-Doktor Mütəfəkkirazad 90-cı illərdə Qarabağ müharibəsinin formalaşmasına və 1994-cü ildə atəşkəsin yaranması, münaqişənin mürəkkəb bir presesə daxil olmasına işarə edərək, bu prosesi transregional dövlətlərin münaqişəyə daxil olması üçün şərait adlandırıb və vurğulayıb ki, müxtəlif dövlətlərin bu müaqişəyə daxil olmasının səbəbi onların öz maraqlarını güdmələri olmuşdur. Elə bu maraqlar da Qarabağ münaqişəsinin indiyə kimi həll olmasına mane olmuşdur.Konfransın natiqi çıxışının davamında deyib: “Qarabağ münaqişəsinin həll olunmamasında müxtəlif təhlillər mövcuddur. O cümlədən Minsk qrupunun tamamilə xristianlardan ibarət bir klub olması. Bütün bunlar münaqişənin həll olunmamasının amili olaraq təsirsiz deyildir. Lakin münaqişənin həlli prosesinin uzanımasının əsas səbəbi Qarabağ səhifəsindəki böyük güclərin öz maraqlarını izləməsidir.”Münaqişədə İran İslam Respublikasının mövqeinə toxunan elmi heyətin üzvü vurğulayıb: “İran İslam Respublikasının mövqei ilk mərhələdə iki ölkə xalqı arasında mədəni, dini və dil ortaqlıqları əsasındadır. Amma butün bunların başında Konstitusiya və İslam Peyğəmbərinin (s) sünnəsi əsasında olan vəzifəmizdir. Bu bizə zülm qarşısında məzlumu müfafiə etməyi tapşırır. Ona görə də biz Qarabağ münaqişəsinə öz mənafeimiz əsasında yanaşa bilmərik. Biz İslam təlimlərinə tabe olduğumuz üçün işğalçılıq qarşısında sükut edə bilmərik. Biz regional örnəklərə əsaslanaraq Qarabağ münaqişəsini ədalətli sülh çərçivəsində həll edə bilərik. İran İslam Respublikasının dinc yaşayış modeli bütün region üçün örnək ola bilər.”



  • Yazılıb
  • da (də) 2019 Jan 14
  • Göndərən مدير سايت Aran News