Tarix : 2019 Feb 09
Kod 57607

Azərbaycan R-dakı siyasi partiyalar din fəallarına işgəncə verilməsinə etiraz ediblər

Azərbaycan Respublikası məhbəslərində din fəallarına qarşı işgəncələrin şiddət alması bu ölkədəki siyasi partiyaların etirazları ilə üzləşibdir.

Arannews-Azərbaycan Respublikası İslam Partiyası bir bəyanatda bu respublikada Müsəlman Birliyi Hərəkatının məhbus sədri Taleh Bağırzadənin və bu hərəkatın digər üzvlərinin aclıq aksiyası keçirmələrinə reaksiyada bildirib ki, zindanlarda məhbuslara işgəncə verilməsi və demokratiya prinsipləri ilə ziddiyyət təşkil edən qanunsuz rəftarlar Azərbaycan Respublikasının beynəlxalq səhnədəki imicinə ziyan vurur.zərbaycan Respublikası İslam Partiyası bu ölkə hökumətindən istəyibdir ki, tez bir zamanda məhbuslara, xüsusən din fəallarına işgəncələrin verilməsini dayandırsın və işgəncə verənləri təqdim etsin.Azərbaycan Respublikası Real Partiyasının rəyasət heyətinin üzvü Azər Qasımlı da bu ölkə türmələrində din fəallarına işgəncə verilməsinə etiaz olaraq, Avropa İttifaqından və digər beynəlxalq təşkilatlardan istəyibdir ki, bu cinayətlər qarşısında qəti mövqe tutsunlar.Həmçinin Azərbaycan Respublikası hökuməti müxaliflərinin milli şurası bir bəyanatda Qobustan məhbəsinin rəisi Aftandil Ağayevin və “Bandodtel” təcridxanasının işgəncəverənlərinin kənarlaşdırılmalarını tələb edibdir.Azərbaycan Respublikasında siyasi məhbuslara işgəncələrin verilməsinə etirazlar bu respublikada Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadənin və bu hərəkatın bəzi digər üzvlərinin Qobustan türməsində aclıq aksiyalarının başlanmasının ardınca baş veribdir.Bu din fəalları 2015-ci ilin oktyabrında Nardaranda İmam Hüseyn(ə) əzadarlığı mərasimində saxlanılaraq, uzunmüddətli həbslərə məhkum ediliblər.

  • Yazılıb
  • da (də) 2019 Feb 09
  • Göndərən مدير سايت Aran News